
Microsoft süni zəkanın təlimatlandırılmasında modul tipli nüvə reaktorlarından istifadəni planlaşdırır
Süni İntellekt
03.10.2023
Emil
Verilmiş yeni məlumata əsasən Microsoft şirkəti süni zəkanın təlimatlandırılması üçün nəzərdə tutulmuş məlumat emalı mərkəzlərinin enerji ilə təmin olunmaları məsələsində modul tipli kiçik ölçülü nüvə reaktorlarından (SMR) istifadəni nəzərdən keçirir. Şirkət tərəfindən bir neçə müddət bundan öncə yerləşdirilmiş vakansiyada qeyd edilib ki, Microsoft öz energetik infrastrukturunu SMR vasitəsilə inkişaf etdirməyi planlaşdırır. İdeyaya əsasən bu cür nüvə reaktorlarının inşası daha ucuz başa gəlir və onlar atom elektrik stansiyalarından fərqli olaraq daha səmərəlidirlər. Qeyd etmək lazımdır ki, ABŞ-da mini nüvə reaktorları ideyası məşhurlaşmaqda davam edir. Lakin Microsoft ilk növbədə aşağıdakı məsələləri həll etməlidir.
- İşlək SMR layihəsinin hazırlanması
- Yüksək zənginləşdirilmiş yanacaq növünün tapılması
- Nüvə tullantılarının uzun müddət ərzində saxlanması məsələsinin həll olunması.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
