Microsoft süni zəkanın təsirlərini incələmək üçün yeni şöbə formalaşdırıb
Süni İntellekt
03.02.2025
Emil
Microsoft şirkəti Advanced Planning Unit (APU) adlı yeni şöbəsinin yaradıldığını elan edib. Bu şöbə Microsoft AI şöbəsinin tərkib hissəsi olacaq və şirkətə süni zəkanın sosial, tibbi və əmək bazarına təsirlərini anlamaqda kömək edəcək. Microsoft nəticə etibarilə inkişaf etdirməyi planlaşdırdığı süni zəkanın təsirlərini öyrənməyi hədəfləyir. Süni zəka sahəsinin inkişafı Microsoft üçün əsas böyümə strategiyasına çevrilib, lakin bu yanaşma bəzi səhmdarları narahat edir. Keçən həftə Microsoft elan etdi ki, 2024-cü ilin dördüncü rübündə onun xərcləri 22.6 milyard dollar təşkil edib ki, bu da yeni rekorddur.
Microsoft-un CEO-su Satya Nadella, bu xərclərin şirkətin süni zəka və bulud məhsullarına olan tələbatı ödəmək zərurətindən irəli gəldiyini bildirib. "Süni zəka getdikcə daha effektiv və əlçatan olduqca, ona olan tələbat həndəsi sürətlə artacaq" – deyə Nadella 2024-cü ilin dördüncü rübünün yekunlarına dair çıxışında qeyd edib. Yeni yaradılmış APU şöbəsi Microsoft AI rəhbəri Mustafa Sueyman-a tabe olacaq. APU əməkdaşlarının əsas vəzifələrindən biri "aparıcı tədqiqatların" nəticələrini birləşdirərək gələcək süni zəkanın mümkün təsir ssenarilərini öyrənmək və formalaşdırmaqdır.
Şöbənin vəzifələrinə süni zəka məhsulları üçün tövsiyələrin hazırlanması, onların istifadəyə verilməsinin mümkün nəticələrinin proqnozlaşdırılması, eləcə də süni zəkanın təsirini daha yaxşı anlamaq üçün tədbirlər proqramı, elmi nəşrlər və digər hesabatların tərtib edilməsi daxildir. APU-nun bəzi üzvləri məhsul menecerləri və Microsoft rəhbərliyinin iştirakı ilə brifinqlərin keçirilməsinə cavabdeh olacaq, digərləri isə konfransların təşkilinə və kommunikasiya üçün sənədlərin hazırlanmasına məsul olacaqlar. Bütün əməkdaşlar Microsoft AI şöbəsinin Silikon Vadisi və Londondakı ofislərində çalışacaqlar. Mustafa Suleyman yaxınlarda X sosial şəbəkəsində APU-ya iqtisadçılar, psixoloqlar - "və yalnız onlar deyil" - lazım olduğunu qeyd edib.
Mənbə: Techcrunch
Paylaş
Bənzər xəbərlər
Süni İntellekt
OpenAI açıq mənbəli koda sahib layihələrə geri dönə bilər
Bir neçə yeni məhsulu təqdim etdikdən sonra OpenAI şirkətinin mühəndisləri və rəhbərliyi, o cümlədən CEO-su Sam Altman, Reddit platformasında bir neçə sualı cavablandırıblar. Şirkət rəhbəri OpenAI şirkətinin açıq mənbəli koda sahib layihələrə yanaşmasını yenidən nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Proqram Təminatı
O3-mini süni zəka modeli ChatGPT-nin bütün istifadəçiləri üçün istifadəyə verilib
OpenAI şirkətinin CEO-su Sam Altman 2 həftə bundan öncə yeni nəsil böyük dil modeli o3 mini-nin məntiq yürütmə qabiliyyətinə malik olacağını və bir neçə həftə ərzində istifadəyə veriləcəyini vəd etmişdi. Və sözünə əməl etdi – OpenAI o3-mini-ni həm ChatGPT-də, həm də API xidmətlərində istifadəyə buraxdı.
Süni İntellekt
Avropa Birliyi “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini tamamilə qadağan edib
Avropa Birliyi ölkələrində “Süni Zəka Qanunu”nun (AI Act) ilk tələbləri qüvvəyə minib. Bu, süni zəkanın istifadəsini tənzimləyən irimiqyaslı qanundur. Bu qanun 2024-cü ilin mart ayında Avropa Parlamenti tərəfindən təsdiqlənib və cəmiyyət üçün “qəbuledilməz risk” yaradan süni zəka sistemlərini qadağan edir.
Süni İntellekt
Apple CEO-su Tim Cook: "DeepSeek innovativlik sərgiləyib"
Apple şirkətinin CEO-su Tim Cook, DeepSeek süni zəka modelini “səmərəliliyi artıran innovasiya” kimi qiymətləndirib. Bu barədə o, analitiklərlə keçirdiyi konfrans zamanı DeepSeek-in Apple biznesinə təsiri ilə bağlı suala cavab verərkən bildirib.
Süni İntellekt
Süni zəka yaradıcılığı müəllif hüquqları ilə qorunmur
Technote.az The Verge saytına istinadən xəbər verir ki, yalnız mətn göstərişlərindən istifadə edərək generativ süni zəka modelləri tərəfindən yaradılmış media kontenti ABŞ-ın mövcud müəllif hüquqları qanunu ilə qorunmur.
Ən çox oxunanlar