Logo
    main-post-cover

    Microsoft “superintelligence” yarışına biznes yönümlü strategiya ilə qoşulur

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Microsoft süni intellekt sahəsində strategiyasını yenidən quraraq diqqətini “superintelligence” adlandırdığı yeni mərhələyə yönəldib. Microsoft AI bölməsinin rəhbəri Mustafa Süleyman bildirib ki, şirkətin əsas məqsədi nəzəri süni intellekt yaratmaqdan daha çox, real biznes və məhsuldarlıq problemlərini həll edən güclü AI sistemləri hazırlamaqdır.
    A photo showing Mustafa Suleyman during the World Economic Forum 2024
        Şirkətdə mart ayında həyata keçirilən böyük restrukturizasiya nəticəsində enterprise və istehlakçı məhsulları komandaları Copilot AI brendi altında birləşdirilib. Bu dəyişiklikdən sonra Süleyman daha çox yeni nəsil AI modelləri və “superintelligence” strategiyası üzərində işləməyə başlayıb. Onun sözlərinə görə, “superintelligence” anlayışı AI sənayesində fərqli cür izah olunsa da, Microsoft üçün bu, milyonlarla şirkət və istifadəçi üçün real dəyər yaradan AI modelləri deməkdir. Yəni fokus daha çox biznes tətbiqləri, məhsuldarlıq alətləri və korporativ həllər üzərindədir.
        Bu strategiyanın bir hissəsi kimi Microsoft yeni MAI-Transcribe-1 adlı səsdən mətnə çevirmə modelini təqdim edib. Şirkətin açıqlamasına görə, model 25 dili dəstəkləyir, səs-küylü mühitdə belə işləyə bilir, görüşlərin yazıya alınması, video altyazıları və call center danışıqlarının analizi üçün nəzərdə tutulub. Microsoft bildirir ki, bu model digər oxşar sistemlərlə müqayisədə iki dəfə daha az GPU resursu tələb edir, bu isə şirkətlər üçün xərcləri əhəmiyyətli dərəcədə azalda bilər. Yeni transkripsiya modeli ilə yanaşı, Microsoft-un MAI-Voice-1 səs yaratma və MAI-Image-2 görüntü yaratma modelləri də artıq Microsoft Foundry və Microsoft AI Playground platformalarında kommersiya istifadəsi üçün əlçatan olub.
    Paylaş