Microsoft tədqiqatçıları: 'GPT-4-də insan düşüncəsi əlamətləri var'

Microsoft tədqiqatçıları: 'GPT-4-də insan düşüncəsi əlamətləri var'

Süni zəka və Elm
23.05.2023 PAYLAŞIM

    Microsoft şirkətinin tədqiqatçıları GPT-4 ilə bağlı 155 səhifəlik hesabatı təqdim ediblər. Təqdim edilmiş hesabatda GPT-4-ün insan düşüncəsi bacarığını necə dərk etməsi barəsində məlumatlar əks olunub. GPT-4 bir çox tapşırıqlar çərçivəsində insan performansı səviyyəsinə çata bilir. Tədqiqatçılar özlərinə sual veriblər ki, sözügedən böyük dil modeli insanları nə dərəcədə yaxşı başa düşür? Nəticədə tədqiqatçılar bunu öyrənmək üçün GPT-4-ə bir sıra sorğu göndərməklə təcrübə keçiriblər.


    Tədqiqatçılar ondan kitabın, bir neçə yumurtanın, noutbukun, butulkanın və mismarın necə bir yerdə yerləşdirmək lazım olduğunu soruşublar. GPT-4 tərəfindən bu suala təqdim edilmiş təlimatda isə fiziki dünyanın və məntiqin qanunları nəzərə alınıb. Microsoft tədqiqatçıları əmindirlər ki, bu cür cavab GPT-4-ün adi təlimatlandırma çərçivələrindən kənara çıxdığını sərgiləyir. Daha sonra tədqiqatçılar özlərinə sual veriblər ki, bunu ümumi süni zəkanın ortaya çıxma mərhələsi hesab etmək olarmı?

    “GPT-4 imkanlarının dərinliyini və genişliyini nəzərə alaraq biz düşünürük ki, onu ümumi züni zəkanın erkən versiyası kimi qiymətləndirmək olar” - deyə Microsoft tədqiqatçıları qeyd ediblər. Müasir sistemlər bir-biriləri ilə əlaqəli olan bir neçə tapşırığın yerinə yetirilməsi üzrə təlimatlandırılıblar. Güman olunur ki, ümumi süni zəka sistemi insan zəkasının başa düşə biləcəyi tapşırıqların öhdəsindən gələ biləcək.



DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×