
Microsoft-un proqram təminatı kodunun artıq 30%-i süni zəka vasitəsilə tərtib edilib
Süni İntellekt
30.04.2025
Emil
Microsoft şirkətinin repozitoriyalarında yerləşən proqram kodunun 20%-dən 30%-ə qədər olan hissəsi proqram təminatı tərəfindən, yəni süni zəka tərəfindən yazılıb. Bu barədə Microsoft-un baş direktoru Satya Nadella bu həftə keçirilmiş LlamaCon konfransında Meta Platforms-un rəhbəri Mark Zuckerberg-lə söhbət zamanı bildirib. Nadella bu rəqəmləri Mark Zuckerberg-in “hazırda şirkətinizin proqram kodunun nə qədər hissəsi süni zəka vasitəsilə yaradılır?” sualına cavab olaraq səsləndirib.

Microsoft rəhbəri əlavə edib ki, generativ neyroşəbəkələrin kod yazarkən göstərdikləri nəticələr proqramlaşdırma dilindən asılı olaraq dəyişir. Belə ki, bu alqoritmlər ən yaxşı nəticəni Python ilə işləyərkən göstərirlər, C++ ilə isə daha az effektivdirlər. Nadella eyni sualı Zuckerberg-ə ünvanladıqda isə Meta rəhbəri öz şirkətində süni zəkanın nə qədər kod yaratdığına dair dəqiq məlumatının olmadığını bildirib.
Microsoft-un texniki direktoru Kevin Scott daha əvvəl proqnozlaşdırmışdı ki, artıq 2030-cu ilə qədər proqram kodlarının 95%-ə qədəri süni zəka alqoritmləri tərəfindən yaradılacaq. Qısa müddət əvvəl isə Google-un baş direktoru Sundar Pichai bildirmişdi ki, şirkətin proqram kodunun 30%-dən çoxu süni zəka tərəfindən generasiya olunur. Qeyd etmək lazımdır ki, səsləndirilən bu rəqəmlər çox güman ki, təxmini xarakter daşıyır, çünki şirkətlərin süni zəka nə qədər kod yaratdığını və nə qədərinin proqramçılar tərəfindən yazıldığını necə ölçdüyü aydın deyil.
Mənbə: Techcrunch
Paylaş
Ən çox oxunanlar

Qatlana bilən Huawei MateBook Fold ULTIMATE noutbuku təqdim edilib - QİYMƏTİ
