Logo
    main-post-cover

    Mikroplastik hissəciklər hətta buludlarda aşkar edilib

    Süni İntellekt
    16.10.2023
    Emil
         Yapon alimlər Fuci Oyama dağlarının zirvələrindəki dumandan əldə edilmiş suyun tərkibində 9 növ süni polimer aşkar ediblər. Mikroplastikin buludların formalaşmalarına necə təsir göstərdiyi barəsində tam dəqiq cavab olmasa da bir fakt dəqiq şəkildə məlumdur ki, hidrofil polimerlər (suyu özünə çəkən və onunla yaxşı qarşılıqlı əlaqədə olan materiallar) sıx buludların formalaşma prosesini sürətləndirirlər. Alimlər dumandan su toplamaq üçün Fuci və Oyama dağlarının zirvələrinə qalxıblar.
         Daha sonra onlar əldə edilmiş nümunələrin kimyəvi və fiziki tərkiblərini təyin etmək üçün nümunələrə aparıcı vizuallaşdırma üsullarını tətbiq ediblər. Nəticədə alimlər dumandan əldə edilmiş suda 9 ədəd müxtəlif plastik və 1 ədəd kauçuk növü aşkar ediblər. Bu materiallar hava üzərindən daşınıla bilən ölçülərdə aşkar edilib. Söhbət, 7.1 mikrometrdən 94.6 mikrometrə kimi ölçüdən gedir. Bulud suyunun hər bir litri özündə 6.7-13.9 ədəd plastik hissəcik birləşdirib.
         Bundan əlavə olaraq alimlər nümunələrdə çoxlu sayda hidrofil birləşmələr (suyu özünə çəkən və onunla rahat şəkildə qarşılıqlı əlaqədə olan maddələr və ya materiallar) aşkar ediblər. Beləliklə atmosferin yuxarı laylarına çatan mikroplastik Günəş işığının ultrabənövşəyi şüalanmasına məruz qalaraq parçalanır. Bu isə öz növbəsində parnik qazlarının yaranmasına səbəb olur. Mütəxəssislərin sözlərinə əsasən əgər insanlar bu bu məsələ ilə bağlı indi irimiqyaslı tədbirlər görməsələr, bu, gələcəkdə böyük fəsadlara səbəb olacaq.
    Paylaş