Logo
    main-post-cover

    Milli Aviasiya Akademiyasında kibertəhlükəsizlik üzrə təlim keçirilib

        Milli Aviasiya Akademiyasının təşəbbüsü və Elektron Təhlükəsizlik Xidmətinin iştirakı ilə tələbələr üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib.
        Technote.az xəbər verir ki, təlimdə ETX əməkdaşları rəqəmsal mühitdə təhlükəsiz davranış qaydaları barədə məlumat veriblər. Eyni zamanda kibertəhlükəsizlik sahəsində karyera imkanları təqdim olunub.
        Proqram çərçivəsində kibertəhdidlərə qarşı mübarizə mövzusu müzakirə edilib. Fərdi məlumatların mühafizəsi və onlayn təhlükəsizlik məsələlərinə toxunulub.
        Çıxışlarda təhlükəsiz internet istifadəsinin əhəmiyyəti vurğulanıb. İştirakçılara praktiki tövsiyələr təqdim edilib.
        Sonda tələbələrin sualları cavablandırılıb. Təlim iştirakçılar üçün interaktiv formatda təşkil olunub.
    Paylaş