Logo
    main-post-cover

    Musk məhkəmədə: “OpenAI insanlıq üçün təhlükə yarada bilər”

        Technote.az “Mashable” platformasına istinadən bildirir ki, ABŞ-də davam edən məhkəmə prosesində Elon Musk ilə OpenAI rəhbərliyi, o cümlədən Sam Altman arasında qarşıdurma daha da gərginləşib. Məhkəmə zamanı Musk-ın verdiyi ifadələr həm diqqət çəkib, həm də mübahisələrə səbəb olub.
    Sam Altman Now Looks Like a Less Chaotic Foil to Elon Musk - Business ...
        Kaliforniyada keçirilən dinləmələr zamanı Musk əsasən OpenAI-ın əvvəlki qeyri-kommersiya modelindən uzaqlaşaraq kommersiya yönümlü fəaliyyətə keçməsini tənqid edib. O bildirib ki, bu dəyişiklik “xeyriyyə strukturlarının talan edilməsinə yol aça bilər” və bunun daha geniş nəticələri ola bilər. Musk hətta iddia edib ki, bu məsələ təkcə OpenAI ilə bağlı deyil və süni intellektin gələcəkdə insanlıq üçün təhlükə yarada biləcəyini vurğulayıb.
        OpenAI-ın vəkilləri isə Musk-ın bu addımını fərqli izah edir. Onların fikrincə, Musk sadəcə şirkətdə təsir imkanlarını itirdikdən sonra bu məhkəməni başladıb. Müdafiə tərəfi bildirir ki, Musk OpenAI-dan ayrıldıqdan sonra şirkətin uğuru onun narazılığına səbəb olub.
        Məhkəmə zamanı Musk-ın davranışı da diqqət çəkib. O, qarşı tərəfin “bəli/xeyr” tipli suallarını “aldadıcı” adlandırıb və bəzi hallarda emosional reaksiyalar verib. Hakim isə bir neçə dəfə onun vəkilini və Musk-ı prosedur qaydalarına əməl etməyə çağırıb.
    Paylaş