NASA 100 il ərzində davam edəcək Interstellar adlı kosmik missiya üzərində çalışır
Süni İntellekt
27.10.2021
Emil Nəcəfov
Demək olar yarım əsr bundan öncə kosmosa göndərilmiş Voyager kosmik aparatları ulduzlararası məkana (Interstellar medium) çata biliblər. Halbu ki, ilk əvvəl heç kim güman etmirdi ki, sözügedən kosmik aparatların missiyaları bu qədər uzunmüddətli olacaq. Lakin gec-tez Voyager-lər sıradan çıxacaqlar. Mühəndislərin hesablamalarına əsasən bu, 2031-ci ildə baş verəcək. Buna görə də NASA agentliyi onları əvəz etmək istəyir. Bu dəfə ulduzlararası missiya əvvəlcədən uzunmüddətli olaraq planlaşdırılacaq. Bu səbəbdən də Con Hopkins adına Tətbiqi Fizika Laboratoriyasının mütəxəssislərinə yeni kosmik aparatın hazırlanması həvalə olunub.
Mütəxəssislərin sözlərinə əsasən yaradılacaq kosmik aparat 100 il ərzində çalışa biləcək. 1970-ci illərdə Voyager kosmik aparatları (Voyager-1 və Voyager-2) Yer kürəsini tərk edən zaman güman olunurdu ki, onların missiyaları cəmi 5 il müddətinə mümkün olacaq. Lakin bu kosmik aparatlar Yupiter və Saturna çatdıqdan sonra da çalışmağa davam etmişdilər. Həmin vaxtda NASA mühəndisləri bu kosmik aparatların uçuşlarını Uran və Neptuna kimi uzatmaq qərarına gəlmişdilər. Lakin həmin qərardan demək olar 50 il sonra da Voyager-lər öz missiyalarını davam etdirirlər.
Bu kosmik aparatlar heliosferi (Günəş sisteminin sərhədi) keçib ulduzlararası məkana daxil olmaqla artıq tarixə düşüblər. Onlar hətta ulduzlararası məkandan belə dəyərli məlumatları alimlərə ötürməkdə davam edirlər.
NASA-nın Interstellar Probe adlı yeni layihəsi 2030-cu illərdə start götürə bilər. Verilmiş məlumata əsasən bu layihə çərçivəsində yaradılacaq kosmik aparat indiyənə kimi insan tərəfindən yaradılmış aparatlar ilə müqayisədə daha sürətlə və daha uzun məsafəyə səyahət edə biləcək. Onun tapşırıqları arasında 130 ədəd karlik planetin müşahidəsi var. Alimlərin fikirlərinə əsasən həmin karlik planetlər buz şəklində okeanlara sahib ola bilərlər. “Interstellar aparatı insanlığın heç zaman olmadığı bilinməyən ulduzlararası məkana yollanacaq. İlk dəfə olaraq biz, Günəş sisteminin xaricindən heliosferin fotosunu çəkə və bizim Günəş sistemimizin necə göründüyünü görə biləcəyik” - deyə mütəxəssislərdən biri qeyd edib. İlkin planlara əsasən yeni kosmik aparat Voyager-1-dən 2 dəfə daha sürətlə hərəkət edə biləcək.
Qeyd etmək lazımdır ki, Voyager-1 ilk 50 il ərzində təqribi olaraq 375 AV (astronomik vahid - astronomiyada uzunluq ölçüsü / 1 AV demək olar 150 milyon km-ə bərabərdir) məsafə qətt etmişdi.
Interstellar adlı missiya NASA-nın və digər kosmik agentliklərin indiyənə kimi reallaşdırdıqları layihələrdən bir özəllik ilə fərqlənir. Belə ki, missiyanın zaman miqyası o qədər böyükdür ki, onunla alimlərdən ibarət bir neçə nəsil məşğul olacaq. Bu cür faktor isə mühəndislərin qarşılarına yeni problemlər çıxardır. Məsələn elə eləmək lazımdır ki, hətta növbəti nəsil mühəndislər də aparatın proqram kodunu anlaya bilsinlər və hətta 100 ildən sonra mövcud ola biləcək problem zamanı kosmik aparatı uzaqdan bərpa edə bilsinlər. Sözügedən missiyanın hələ planlama mərhələsində olmasına baxmayaraq mühəndislər artıq indidən kosmik aparata hansı məlumatların yerləşdirilməsi barəsində düşünürlər. Qeyd etmək lazımdır ki, hər bir Voyager aparatı yağış səslərinin və hətta Bethoven ilə Motsart kimi bəstəkarların əsərlərinin müəyyən hissələrini özündə birləşdirirdi. Buna bənzər bir şeyi həmçinin Interstellar aparatı ilə də etmək istəyirlər.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Apple öz əməkdaşlarını izlədiyi iddiası ilə məhkəməyə verilib
2025-ci ildə WhatsApp dəstəyi dayandırılacaq telefonlar bəlli olub!