main-post-cover

    NASA 20 milyard km uzaqlıqdakı Voyager-2 aparatı ilə əlaqəni itirib

    Süni İntellekt
    31.07.2023
    Farid Pardashunas
        NASA öz rəsmi saytı vasitəsilə bildirib ki, o, Voyager-2 kosmik aparatı ilə əlaqəsini itirib. Sözügedən kosmik aparata növbəti əmrlərin göndərilməsi üçün planlaşdırılmış sessiya çərçivəsində aparatın anteni Yer kürəsi istiqamətindən 2 dərəcə kənara yayınıb. Bu səbəbdən də hal hazırda Voyager-2 nə siqnal göndərə nə də Yer kürəsindən siqnalı qəbul edə bilir. Yer kürəsindən təqribi olaraq 20 milyard km uzaqlıqda yerləşən Voyager-2 NASA-nın uzaq kosmik rabitə şəbəkəsinin yerüstü antenləri ilə əlaqəsini itirib.
        Aparat tərəfindən göndərilən məlumatlar kommunikasiya şəbəkəsinə çata bilmirlər. Kosmik aparatın anteni öz növbəsində Yer kürəsindən göndərilən əmrləri qəbul edə bilmir. Hər il Voyager-2 bir neçə dəfə kosmik fəzada öz istiqamətini elə şəkildə sıfırlayır ki, onun anteni Yer kürəsinə tərəf istiqamətlənmiş olsun. Növbəti bu cür sıfırlanma prosesi 15 oktyabr tarixində baş tutmalıdır. NASA mütəxəssisləri məhz bu prosesdən sonra kosmik aparatla əlaqənin bərpa olunacağına ümid edirlər. NASA həmçinin qeyd edib ki, Yer kürəsindən təqribi olaraq 24 milyard km uzaqlıqda olan Voyager-1 aparatı ştat rejimində çalışmağa davam edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər