main-post-cover

    NASA 70 milyon işıq ili uzaqlığındakı Supernova ulduzunun partlayışını müşahidə edib (VİDEO)

    Süni İntellekt
    04.10.2020
    Emil Nəcəfov
        İnsan sivilizasiyası tədricən kainatın sirlərini açmağa davam edir. Lakin bir çox fiziki hadisələr və hallar hələki nəzəri cəhətdən mövcuddurlar. Bir neçə müddət bundan öncə NASA agentliyi əsl supernova ulduzunun (güclü partlayış nəticəsində parlaqlığı kəskin artan ulduz) partlayışını müşahidə etmişdi. Məlumata əsasən həmin ulduzun partlayışı nəticəsində yaranmış parlaqlıq Günəşin parlaqlığından 5 milyard dəfə yüksək olub. Bu barədə Slashgear saytı xəbər verib.
        NASA-nın təqdim etdiyi videoda partlamış ulduzun quyruğunu görmək olar. Fotolardan ibarət seriyanın hazırlanması üçün Hubble kosmik teleskopunun 2018-ci ilin fevral ayından 2020-ci ilin fevral ayına kimi çəkmiş olduğu fotolardan istifadə olunub. Partlamış supernova ulduzu Yer kürəsindən 70 milyon işıq ili uzaqlığındakı NGC 2525 adlı spiral qalaktikada yerləşib. Partlamış supernova ulduzuna SN 2018gv adı verilib. Qeyd etmək lazımdır ki, sözügedən supernova ulduzu 2018-ci ildə aşkar edilmişdi.
    Linki kopyala