NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan edib

NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan edib

Süni zəka və Elm
06.04.2021 PAYLAŞIM

    NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan edib. Öz Twitter hesabında agentlik dronun Mars səthindəki ilk fotolarını təqdim edib. Həmin fotolar Perseverance Mars aparatı vasitəsilə çəkilib. Bundan əlavə olaraq NASA mütəxəssisləri sözügedən dronun gözlənilən ilk uçuş tarixini də elan ediblər. NASA təqdim etdiyi fotolarda qeyd edib ki, dronun Mars səthinə yerləşdirilməsindən sonra o, qırmızı planetin soyuq gecəsini geridə qoymalıdır. Qeyd etmək lazımdır ki, Marsda gecələr temperatur -90 dərəcəyə kimi enə bilir.


    Planetin səthinə yerləşdirilməmişdən öncə dronun həssas elektronikası Perseverance aparatının elektrik şəbəkəsi sayəsində qızdırılırdı. İndi isə Perseverance-dan ayrılandan sonra dron öz həssas elektronik komponentlərini fərdi batareyalar vasitəsilə qızdırmalıdır. Həmin batareyalar günəş enerjisi vasitəsilə çalışırlar. Ingenuity-nin ilk uçuşu 11 aprel tarixinə planlaşdırılır. Həmin müddətə kimi isə dronun testi və uçuşa hazırlığı reallaşdırılacaq. Dronun əsas məqsədi onun kimi aparatların Marsda uça bilib-bilmədiklərini öyrənməkdir.

    Belə ki, Yer kürəsindən fərqli olaraq Marsda atmosfer sıxlığı 1%-dən az təşkil edir. Bununla yanaşı sözügedən dron kameralar ilə təchiz olunub. Həmin kameralar vasitəsilə çəkiləcək fotolar ilk öncə Perseverance aparatına, daha sonra isə Perseverance-dan Yer kürəsinə ötürüləcək. Qeyd etmək lazımdır ki, 1.8 kq ağırlığında olan bu dronun qiyməti 85 milyon dollar təşkil edir. Bu, digər planetə göndərilmiş ilk uçuş aparatıdır. Onun missiyasının uğurlu olacağı halında Marsın müşahidə edilmə miqyası daha da genişlənəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər..

Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərə..


Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb

Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu..


Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şə..

NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxur..


Alimlər qalaktikamızın mərkəzinə yaxın qəribə radiosiqnal mənbəyi aşkar ediblər..

Alimlər Süd Yolu qalaktikasının mərkəzinə yaxın hissəsində sirli radiodalğa mənbəyi aşkar ediblər...


Tibb işçiləri dünya liderlərini iqlim dəyişikliyi ilə mübarizədə təcili tədbirlə..

Bütün dünya üzrə tibb sahəsini əhatə edən 200-ə yaxın jurnal iqlim dəyişikliyi ilə bağlı xüsusi məqa..


Məhkəmə qərarına əsasən süni zəka patentdə ixtiraçı kimi qeyd edilə bilməz..

ABŞ-ın Leonie Brinkema adlı federal məhkəmə hakiminin qərarı ilə mövcud olan qanunvericiliyə əsasən ..

×