NASA agentliyi 'Artemis' proqramı çərçivəsində astronavtların Aya uçuşlarını 2025-ci ilə kimi təxirə salıb

NASA agentliyi 'Artemis' proqramı çərçivəsində astronavtların Aya uçuşlarını 2025-ci ilə kimi təxirə salıb

Süni zəka və Elm
10.11.2021 PAYLAŞIM

    NASA astronavtların Aya geri dönüşlərini 2024-cü ildən 2025-ci ilə təxirə salıb. Verilmiş məlumata əsasən bunun əsas səbəbləri siyahısında bir neçə müddət bundan öncə olmuş məhkəmə prosesləri, bəzi kosmik proqramların miqyaslarının dəyişmələri, COVID-19 pandemiyası və maliyyə çatışmazlığı var. "Artemis" proqramı çərivəsində Space Launch System (SLS) adlı ağır raketin inşası nəzərdə tutulub. Bu raket üzərində işlər artıq 10 ildir ki, gedir. Bundan əlavə olaraq həmçinin astronavtlardan ibarət olacaq heyət üçün Orion adlı sərnişin kapsulu da yaradılmalıdır. Aprel ayında NASA SpaceX ilə 2.9 milyard dollar dəyərində olan müqavilə bağlamışdı. Həmin müqaviləyə əsasən astronavtların Aya enişlərini təmin etmək üçün SpaceX şirkəti Starship kosmik gəmisini inşa etməlidir. Astronavtların 2024-cü ildə Aya eniş etmələri qərarı Donald Trump administrasiyası tərəfindən verilmişdi. 2019-cu ildə hökumət NASA-ya "Artemis" proqramı üzərində işləri sürətləndirməyi məsləhət görmüşdü.

    SLS raketinin hazırlıq müddəti daimi olaraq dəyişir. Daha öncədən onun 2017-ci ildə hazır olacağı planlaşdırılırdı. İndi isə bu müddət 2022-ci ilin fevral ayına dəyişdirilib. Bundan əlavə olaraq NASA astronavtların həyatları üçün önəmli olacaq əlavə texnologiyalar da yaratmalıdır. Buna misal olaraq Ay üçün nəzərdə tutulmuş yeni nəsil skafandrları gətirmək olar. Joe Biden administrasiyasının hakimiyyətə gəlməsindən sonra "Artemis" proqramı üçün öncədən təyin edilmiş zamanlamada bir dəyişiklik olmamışdı. Lakin indi Joe Biden komandasının fikrincə bu cür irimiqyaslı proqramı 2024-cü ildə reallaşdırmaq mümkün olmayacaq. Həmçinin Aya eniş modulunun hazırlanması ilə bağlı münaqişənin ortaya çıxması öz növbəsində mövcud problemi qəlizləşdirib. İlk əvvəl Aya eniş modulunun yaradılması məsələsində NASA iki şirkət ilə müqavilə bağlamağı planlaşdırırdı.


    Bu isə öz növbəsində sağlam rəqabəti təmin etməli idi. Lakin hökumət tərəfindən maliyyələşdirmənin məhdudlaşdırılmasından sonra NASA müqaviləni yalnız SpaceX ilə bağlamalı oldu. Bu səbəbdən də Jeff Bezos-un Blue Origin şirkəti ilk növbətə bu məsələyə etiraz etdi və daha sonra NASA-nı məhkəməyə verdi. Bunun nəticəsində NASA müəyyən müddət ərzində SpaceX ilə əməkdaşlıq edə bilmədi. Belə ki, məhkəmə prosesi çərçivəsində işlər 7 ay müddətində dayandırılmışdı. İndi isə məlumat verilib ki, "Artemis" proqramı bir neçə mərhələ üzrə reallaşdırılacaq. Birinci mərhələ (Artems I) çərçivəsində gələn ilin əvvəlində SLS raketi Orion sərnişin kapsulu ilə birlikdə Ay ətrafında uçuşu reallaşdıracaq. Bu uçuş missiyasında astronavtlar iştirak etməyəcəklər.

    Artemis II mərhələsində eyni uçuş təkrarlanacaq. Lakin ikinci mərhələdəki uçuş missiyası idarə olunan uçuş missiyası olacaq. Onun 2024-cü ilin may ayından tez reallaşdırılması planlaşdırılmır. Nəticə etibarilə astronavtların Aya enişləri 2025-ci ildə baş tutacaq. Həmin müddətə kimi eniş modulunun Aya pilotsuz yerləşdirilməsi də istisna deyil. Eniş modulunun yaradılması ilə SpaceX məşğul olur. Bundan əlavə olaraq NASA bildirib ki, "Artemis" proqramı çərçivəsində reallaşdırılacaq bəzi proqramların büdcələrində artım olacaq. Məsələn Orion sərnişin kapsulunun yekun qiyməti 6.7 milyard dollardan 9.3 milyard dollara kimi, SLS raketinin hazırlanma xərci isə 9.1 milyard dollardan 11 milyard dollara kimi yüksələcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər orqanizmdə xərçəng xəstəliyinin yayılmasına şərait yaradan geni deaktiv ..

Xərçəng xəstəliyinin orqanizmdə yayılması prosesini müşahidə edən zaman Prinston Universitetinin ali..


Kvant səviyyəsində zaman eyni anda həm keçmişə həm də gələcəyə doğru axa bilər..

Alimlər güman ediblər ki, superpozisiya vəziyyətində (hansısa obyektin eyni zamanda iki vəziyyətdə m..


Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa ..

Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in ..


Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

ABŞ-ın Milli Radio Astronomiya Rəsədxanasından olan alimlər Marsın peyki olan Fobosdan istifadə edər..


ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

NASA agentliyi ABŞ-ın Energetika Nazirliyinin Aydaho Milli Laboratoriyası ilə birlikdə Ayda atom ele..


Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə ..

İndiyənə kimi İİV-dən əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-də..

×