main-post-cover

    NASA agentliyi Aya işıqlandırma sistemli avtonom aparat göndərəcək

    Süni İntellekt
    23.05.2021
    Farid Pardashunas
        NASA Aya VIPER adlı yeni aparatın göndərilmə planını elan edib. Sözügedən aparat NASA-nın ilk mobil aparatı kimi çıxış edəcək. Onun əsas məqsədi isə Ayın ən ekstremal hissələrində faydalı resursların axtarışı olacaq. Son bir neçə milyard il ərzində Ayın bəzi hissələri tamamilə qaranlıq mühitdədirlər. Buna görə də həmin ərazilər daha az müşahidə olunmuş hesab edilirlər. Bu isə o deməkdir ki, həmin ərazilərdə nələrin olduğunu öyrənməyin zamanı gəlib çatıb. Volatiles Investigating Polar Exploration (VIPER) adlı yeni aparat işıqlandırma sisteminə sahib ilk avtonom rejimli aparat olmalıdır.
        Onun əsas məqsədi isə Ayın cənub qütbü ətrafındakı faydalı resursların axtarışı və onların yerlərinin xəritədə qeyd olunması olacaq. Güman olunur ki, bu missiya yaxın gələcəkdə Aya dəfələrlə yollanacaq astronavtlar üçün çox faydalı olacaq. Belə ki, həmin astronavtlardan bəziləri Ayda daimi yaşayacaqlar. Bu yeni missiyanın 2023-cü ildə reallaşdırılması planlaşdırılır. İlk olaraq aparat bəzi alətləri vasitəsilə kraterləri müşahidə edəcək. VIPER aparatı NASA tərəfindən 2018-ci ildə ləğv edilmiş Resource Prospector adlı layihəni əvəz edəcək. NASA təmsilçiləri qeyd ediblər ki, yaradılan yeni aparat ekstremal vəziyyətlərdə çalışmaq üçün daha yaxşı adaptasiya ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər