main-post-cover

    NASA agentliyi Ayda və Marsda nüvə reaktorunun yaradılmasını planlaşdırır

    Süni İntellekt
    02.08.2020
    Farid Pardashunas
        İnsanları Marsa və ya Aya göndərmək bəs etmir. Belə ki, orda insanlar üçün komfort həyat şəraitlərini yaratmaq lazımdır. NASA mühəndislərini narahat edən əsas problemlərdən biri də astronavtları elektrik enerjisi ilə təmin etməkdir. Gələcək uçuşlara hazırlıq çərçivəsində NASA nüvə reaktorlarının yaradılmasını elan edib. Həmin nüvə reaktorları Yer kürəsindən kənarda olan planetlərdə ola biləcək koloniyaları lazımi enerji mənbəyi ilə təmin edə biləcəklər.
        Bu barədə Slashgear saytı xəbər verib. NASA-nın planı sözügedən layihəni iki mərhələdə reallaşdırmaqdır. İlkin növbədə nüvə reaktorunun konstruksiyası hazırlanacaq. Daha sonra isə Aya göndərilməsi üçün reaktorun test versiyası hazırlanacaq. Bundan əlavə olaraq reaktoru Aya çatdıracaq və onu Ay səthində yerləşdirəcək xüsusi modulun hazırlanmasına da ehtiyac var.
        Hal hazırda NASA nüvə enerjisinin Yer kürəsindən kənarda necə istifadəsi üzrə kənar şirkətlərdən təklif almağa hazırdır. Sözügedən ideyanın qiymətləndirilməsini isə Aydaho ştatının nüvə enerjisi sahəsində tədqiqatlarla məğul olan milli laboratoriyası reallaşdıracaq. NASA əmindir ki, hətta kiçik nüvə reaktorları da kosmosun tədqiqatı üçün nəzərdə tutulmuş missiyaları lazımi enerji ilə təmin etməyə qadirdirlər. NASA-nın planına əsasən layihə 2026-cı ilə kimi hazır olmalıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər