NASA agentliyi Boston Dynamics-in 4 ayaqlı Spot robotunu Marsa göndərəcək

NASA agentliyi Boston Dynamics-in 4 ayaqlı Spot robotunu Marsa göndərəcək

Süni zəka və Elm
21.12.2020 PAYLAŞIM

    Bir neçə gün bundan öncə məlum olmuşdu ki, Hyundai şirkəti müxtəlif növ robotların hazırlanması ilə məşğul olan Boston Dynamics şirkətini alıb. Beləliklə Hyundai şirkətinin əlinə bir sıra robotlarla yanaşı həmçinin Boston Dynamics-in 4 ayaqlı məşhur Spot robotu da keçib. Lakin görünür, yaxın gələcəkdə bu robot öz ilk planetlərarası səyahətini reallaşdıracaq. Belə ki, alimlər onu Marsa göndərməyi planlaşdırırlar. Bu barədə 4pda saytı xəbər verib. 4 ayaqlı Spot robotunun Marsa göndərilməsi planını NASA mütəxəssisləri fikirləşiblər.

    Məlumata əsasən Marsa Spot robotunun təkmilləşdirilmiş versiyası göndəriləcək. NASA mütəxəssislərinin diqqətlərini ən çox çəkən isə Spot-un müxtəlif səthlər üzərində rahatlıqla hərəkət edə bilməsidir. Beləliklə bu cür robot Marsın qəliz landşaftı üçün ideal variant ola bilər. Məlumata əsasən hal hazırda mövcud olan müxtəlif aparatlar Mars səthində hərəkət üzrə məhdudlaşırlar və onlar yalnız bir səth üzərində hərəkət etməli olurlar. Spot isə bu cür qəliz yerlərdə rahat hərəkət edə bilər.


    Görünür, bütün bu məlumatlar heç də şayiə deyil. Belə ki, NASA mütəxəssisləri Au-Spot adlı 4 ayaqlı robotun testini aparırlar. O, istənilən Mars aparatından 12 dəfə daha yüngül olacaq və saatda 5 km sürətlə hərəkət edə biləcək. Qeyd etmək lazımdır ki, hal hazırda Mars səthində yerləşən Curiosity aparatı saatda 0.14 km sürətlə hərəkət edə bilir. Marsa göndəriləcək Spot versiyasının əsas məqsədi isə planetin tunellərini incələmək olacaq. Bu üsul ilə NASA mütəxəssisləri planetin dəqiq xəritəsini yarada biləcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Distant təhsil zamanı şagirdlər demək olar heç nə öyrənə bilməyiblər

Keçən il koronavirus pandemiyası nəticəsində məktəblərin bağlanması səbəbilə uşaqlar yeni biliklər ə..


Marsda mümkün olmayan təbiət hadisəsi qeydə alınıb

Mars planetinin səthini müşahidə edən zaman Perseverance aparatı qeyri adi foto çəkib.


Kainatın genişlənməsinin səbəbi maqnetizmə sahib qara materiya ola bilər

Kainatın genişlənməsi daha da sürətlə gedir. Lakin alimlər bunun səbəbini anlaya bilmirlər...


NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan ..

NASA agentliyi Ingenuity adlı dronun uğurla Mars səthinə yerləşdirilməsini elan edib.


Alimlər: 'COVID-19 sistemli xəstəlik xarakterini daşıyır'

Bu cür nəticəyə gəlmək üçün alimlər COVID-19 səbəbilə həyatlarını itirmiş xəstələrin toxumalarına ol..


Dünyanın bir çox şəhəri ponçik iqtisadiyyatı modelinə keçid edir

İqtisadiyyatın bu modeli sosializmin sosial cavabdehlik daşıyan kapitalizm ilə spesifik qarışığıdır...

×