main-post-cover

    NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiyanı anons edib

    Süni İntellekt
    03.06.2021
    Emil Nəcəfov
        NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiyanı anons edib. Onlardan biri DAVINCI+, digəri isə VERITAS adını əldə edib. Bu missiyalar təqdim olunmuş 4 konsepsiya arasından seçiliblər və Veneranın atmosferi ilə geoloji özəlliklərinin incəlnəməsi üçün nəzərdə tutulublar. NASA-nın sözlərinə əsasən DAVINCI+ missiyasının əsas məqsədi əsasən planetin atmosferinin incələnməsi ilə bağlıdır. Kosmik aparat planetin atmosferini incələməklə yanaşı bir sıra nümunələr də götürəcək. Bununla yanaşı aparat Veneranın geoloji obyektlərinin fotolarını çəkməli olacaq.
        Veneranın geoloji obyektləri tessera adlanırlar və onlar Yer kürəsinin kontinentləri ilə müqayisə edilə bilərlər. VERITAS missiyasına gəldikdə isə o öz növbəsində xüsusi radar vasitəsilə planetin 3D vizualizasiyasını yaradacaq. Bu kosmik aparat tərəfindən yaradılacaq xəritədə həmçinin planetin səthindəki infraqırmızı şüalanma səviyyəsi də qeyd olunacaq. Bu isə öz növbəsində dağ süxurlarının analizini aparmağa və planetin səthində olan aktiv vulkanların atmosferə su buxarı ifraz edib-etmədiklərini öyrənməyə imkan verəcək. Hər bir missiyanın büdcəsi 500 milyon dollar təşkil edir. NASA agentliyi onları 2028-2030-cu illərdə reallaşdırmağı planlaşdırır.
    Linki kopyala