NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiyanı anons edib

NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiyanı anons edib

Süni zəka və Elm
03.06.2021 PAYLAŞIM

    NASA agentliyi Venera planetinin incələnməsi üçün nəzərdə tutulmuş 2 yeni missiyanı anons edib. Onlardan biri DAVINCI+, digəri isə VERITAS adını əldə edib. Bu missiyalar təqdim olunmuş 4 konsepsiya arasından seçiliblər və Veneranın atmosferi ilə geoloji özəlliklərinin incəlnəməsi üçün nəzərdə tutulublar. NASA-nın sözlərinə əsasən DAVINCI+ missiyasının əsas məqsədi əsasən planetin atmosferinin incələnməsi ilə bağlıdır. Kosmik aparat planetin atmosferini incələməklə yanaşı bir sıra nümunələr də götürəcək. Bununla yanaşı aparat Veneranın geoloji obyektlərinin fotolarını çəkməli olacaq.

    Veneranın geoloji obyektləri tessera adlanırlar və onlar Yer kürəsinin kontinentləri ilə müqayisə edilə bilərlər. VERITAS missiyasına gəldikdə isə o öz növbəsində xüsusi radar vasitəsilə planetin 3D vizualizasiyasını yaradacaq. Bu kosmik aparat tərəfindən yaradılacaq xəritədə həmçinin planetin səthindəki infraqırmızı şüalanma səviyyəsi də qeyd olunacaq. Bu isə öz növbəsində dağ süxurlarının analizini aparmağa və planetin səthində olan aktiv vulkanların atmosferə su buxarı ifraz edib-etmədiklərini öyrənməyə imkan verəcək. Hər bir missiyanın büdcəsi 500 milyon dollar təşkil edir. NASA agentliyi onları 2028-2030-cu illərdə reallaşdırmağı planlaşdırır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər bilikləri birbaşa beyinə yazmağın yolunu tapıblar

Kaliforniyanın HRL Laboratories adlı laboratoriyasının alimlərinin sözlərinə əsasən onlar faydalı mə..


Alimlər 24000 il ərzində yatmış canlı orqanizmi oyandıra biliblər

Rusiyalı alimlər Yakutiyanın şərqində 24.000 il ərzində yatmış vəziyyətdə olmuş rotatorilər adlı hey..


İsrailli alimlər həyat davamlılığını 23% artırmağı bacarıblar

İsrailli alimlər canlı orqanizmin həyat davamlılığını artırmaq məsələsində inqilabi nəticə əldə edib..


Çinlilər digər analoqlardan 10 dəfə daha güclü olan yeni neyron şəbəkəsi yaradıb..

Süni zəka üzrə Pekin Akademiyasının mütəxəssisləri Wu Dao 2.0 adlı generativ deep learning neyron şə..


Yeni dərman preparatı SARS-CoV-2-nin ən aqressiv ştamlarını bloklaya bilir

Aparılmış təcrübə onu göstərib ki, yeni dərman preparatı anadangəlmə olan immun cavabı prosesini işə..

×