
NASA 'Artemis II" Ay missiyasında iştirak edəcək astronavtları təqdim edib
Süni İntellekt
04.04.2023
NASA "Artemis II" Ay missiyası çərçivəsində Orion adlı kosmik gəminin daxilində yerləşəcək 4 nəfər astronavtı təqdim edib. 4 nəfər astronavtdan ibarət olacaq komandanın komandiri qismində ABŞ Hərbi-Dəniz Qüvvələrinin pilotu Reid Wiseman çıxış edəcək. O, 4-cü nəsil F-14 Tomcat və F/A-18 Hornet qırıcılarını və 5-ci nəsil F35C Lightning II təyyarəsini idarə edib. Komandanın ikinci üzvü pilot Victor Glover olacaq. O, ABŞ Hərbi-Dəniz Qüvvələrinin kapitanıdır.
Qeyd etmək lazımdır ki, Victor Glover həmçinin 2020-ci ildə SpaceX tərəfindən reallaşdırılmış Crew-1 missiyasının heyətinə də daxil olub. “Artemis II” missiyasının komandasına həmçinin ABŞ-ın Antarktida proqramının elmi rəhbəri Christina Hammock Koch daxil olacaq. O, kosmosda olmuş qadınlar arasında kosmosda ən uzun müddət ərzində qalmış qadın kimi tanınır il. Belə ki, Christina Hammock Koch-un rekordu 328 gün 13 saat 58 dəqiqə təşkil edir.
“Artemis II” missiyasının 4-cü üzvü isə Kanada Kral Hərbi Hava Qüvvələrinin polkovniki Jeremy Hansen olacaq. O, 4-cü nəsil CF-18 Hornet qırıcı təyyarəsinin pilotu olub. Lakin Jeremy Hansen-in kosmik uçuş təcrübəsi yoxdur. “Artemis II” missiyası NASA-nın “Artemis” Ay proqramının ikinci missiyasıdır. Onun 2024-cü ilin sonunda reallaşdırılması planlaşdırılır. Sözügedən missiya çərçivəsində adları sadalanmış şəxslər Orion kosmik gəmisi daxilində Ay orbitinə yollanacaqlar. Missiyanın ümumilikdə 10 gün ərzində davam edəcəyi gözlənilir.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...