main-post-cover

    NASA astronavtlarının Aya ayaq basmaları missiyası böyük ehtimal 2026-cı ilə təxirə salınıb

    Süni İntellekt
    13.06.2023
    Farid Pardashunas
        NASA ilk əvvəl “Artemis” adlı Ay proqramı çərçivəsində astronavtları Aya 2024-cü ildə endirməyi planlaşdırırdı. Lakin daha sonra kosmik agentlik bu missiyanı 2025-ci ilə təxirə saldı. İndi isə görünür, astronavtların Ay səthinə yenidən ayaq basmaları missiyası 2026-cı ilə təxirə salınıb. Bunun əsas səbəblərindən biri də SpaceX şirkətinin Starship kosmik gəmisinin uğursuz testləridir. Qeyd etmək lazımdır ki, apreldə şirkət Starship-in ilk orbital uçuşunu reallaşdırmağa çalışdı. Lakin Starship havada olan zaman partladı. NASA isə astronavtları Aya məhz Starship vasitəsilə endirməyi hədəfləyib.
        Bunun reallaşdırılmasından öncə isə Starship-in çoxlu sayda uçuş testindən keçməsi lazımdır. Bu daha çox zamanı tələb edir. “Hal hazırda bizim planımızda olan müddət 2025-ci ilin dekabr ayıdır. Lakin SpaceX-in qarşılaşmış olduğu çətinlikləri nəzərə alsaq, fikirləşirəm ki, bu çox narahetdici vəziyyətdir. Buna görə də siz düşünə bilərsiniz ki, bu böyük ehtimal ilə 2026-cı ildə baş tutacaq” - deyə NASA administratorunun köməkçisi Jim Free qeyd edib. Nəzərə alsaq ki, bu bəyanat ABŞ Milli Akademiyasının Aeronavtika və Kosmik Texnika Şurası ilə Kosmik Tədqiqatlar Şurası arasında baş tutmuş görüş zamanı təqdim edilib, deməli bu fikir NASA-da rəhbərlik səviyyəsində artıq qəbul edilib.
        Qeyd etmək lazımdır ki, astronavtların Aya enmələri “Artemis 3” missiyası çərçivəsində planlaşdırılır. Bu olduqca çətin bir missiya olacaq. Onlar ilk növbədə SLS raketi vasitəsilə Orion adlı kosmik gəminin tərkibində Ayın orbitinə yollanacaqlar. Ayrıca olaraq Aya Starship göndəriləcək. Daha sonra Starship eniş modulunu Ayın orbitinə çıxarmalı olacaq və növbəti mərhələdə Ayın səthinə eniş edəcək. Bu proses çərçivəsində astronavtlar eniş modulunun daxilində yerləşəcəklər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər