main-post-cover

    NASA Beynəlxalq Kosmik Stansiyanı 2031-ci ildə Sakit okeanda batırmağı planlaşdırır

    Süni İntellekt
    01.02.2022
    Farid Pardashunas
        NASA növbəti 10 il üçün BKS (Beynəlxalq Kosmik Stansiya) ilə bağlı olan planlarını əks etdirən yeni hesabatını təqdim edib. Hesabatda qeyd edilib ki, BKS 2030-cu ilə kimi fəaliyyət göstərəcək. 2031-ci ildə isə onun Sakit okeanın cənub hissəsində batırılması planlaşdırılır. Təqdim edilmiş hesabatda qeyd edilib ki, NASA, Kanada Kosmik Agentliyi (CSA), Avropa Kosmik Agentliyi (ESA) və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) BKS-in 2028-ci ilə kimi istifadə imkanlarını analiz ediblər. Rusiya Kosmik Agentliyi (Roskosmos) BKS-in Rusiyaya aid modulunu 2024-cü ilə kimi istifadə etməyi planlaşdırır. Lakin buna baxmayaraq o hal hazırda BKS-dən istifadənin 2030-cu ilə kimi uzadılması imkanını da nəzərdən keçirdir.
        NASA-nın hesabatına əsasən BKS-in Yer kürəsinin aşağı orbitindən səthə endirilməsinə startı 31 yanvar 2031-ci il tarixində vermək planlaşdırılır. Kosmik stansiyanın orbitdən aşağı endirilməsinin BKS-in öz mühərrikləri hesabına reallaşdırılması planlaşdırılır. Bundan əlavə olaraq bu prosesdə həmçinin BKS-ə bitişik olacaq gəmilərin mühərriklərindən də istifadə ediləcək. NASA-nın hesablamalarına əsasən bunun üçün Rusiya-nın Progress adlı 3 ədəd kosmik yük gəmisi lazım olacaq. Əlavə olaraq bu prosesdə Northrop Grumman şirkətinin Cygnus adlı kosmik aparatından da istifadə edilə bilər. BKS-in orbitdən endirilməsindən sonra onun dağıntıları Sakit okeanın cənub hissəsinə (Nemo nöqtəsinə yaxın ərazidə) düşəcəklər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər