main-post-cover

    NASA BKS-in (Beynəlxalq Kosmik Stansiya) məhvinə 1 milyard dollar vəsait sərf edəcək

    Süni İntellekt
    28.11.2023
    Farid Pardashunas
         NASA BKS-in (Beynəlxalq Kosmik Stansiya) məhv edilməsinə 1 milyard dollar vəsait sərf etməyi planlaşdırır. Kosmik agentlik BKS-in məhv edilməsində iştirak edəcək kosmik gəmilər ilə bağlı təklifləri artıq yaxın aylar ərzində qəbul etməyə başlayacaq. BKS-in məhv edilməsi növbəti onilliyin əvvəlinə planlaşdırılır. Lakin artıq indidən bu mövzu NASA üçün vacib bir mövzudur. BKS Yer kürəsinin aşağı orbitində yerləşir. Zaman-zaman mütəxəssislər BKS-in yerləşmə hündürlüyünü tənzimləyirlər.
         Bunun reallaşdırılmaması halında BKS öz sürətini və hündürlüyünü itirər və nəticədə atmosferə daxil olaraq məhv ola bilər. Hal hazırda BKS-in hündürlüyünü Rusiyanın kosmik gəmiləri tənzimləyirlər. Nəzəri cəhətdən NASA BKS-i olduqca hündür yüksəkliyə qaldırıb onun Yer kürəsindən uzaqlaşmasını təmin edə bilər. Lakin bu proses çox baha başa gələcək. Üstəlik Yer kürəsinin orbitində kosmik tullantıların formalaşması təhlükəsi var. Bu isə öz növbəsində fəaliyyətdə olan peyklər üçün təhlükələr yarada bilər. NASA mütəxəssislərinin sözlərinə əsasən BKS-i məhv etməyin ən təhlükəsiz variantı onu Sakit okeanın müəyyən hissəsinə endirməkdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Mars süxur nümunələrinin Yer kürəsinə çatdırılması tam şəkildə maliyyələşdiriləcək
    mars-suxur-numunelerinin-yer-kuresine-catdirilmasi-tam-sekilde-maliyyelesdirilecek
    NASA BKS-ın (Beynəlxalq Kosmik Stansiya) yerini təyin etməyə imkan verən mobil tətbiqi istifadəyə verib
    nasa-bks-in-beynelxalq-kosmik-stansiya-yerini-teyin-etmeye-imkan-veren-mobil-tetbiqi-istifadeye-verib
    NASA-nın Ay ətrafı uçuşunu reallaşdıracaq kosmik gəminin testlərinə start verilir
    nasa-nin-ay-etrafi-ucusunu-reallasdiracaq-kosmik-geminin-testlerine-start-verilir
    Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
    yupiterin-peyki-ionun-keyfiyyetli-fotolari-cekilib