NASA insanları Marsa yalnız növbəti onilliyin sonunda göndərməyə ümid edir

NASA insanları Marsa yalnız növbəti onilliyin sonunda göndərməyə ümid edir

Süni zəka və Elm
15.12.2022 PAYLAŞIM

    NASA 2 ildən sonra SpaceX şirkətinin Starship kosmik gəmisi vasitəsilə astronavtları Aya göndərməyi planlaşdırır. Kosmik agentlik astronavtları Marsa göndərmək planından da imtina etməyib. Lakin bu məsələdə müəyyən qədər gözləmək lazım gələcək. Barack Obama ABŞ-ın 44-cü prezidenti olduğu müddətdə o, insanları Marsa göndərmək məqsədini qoymuşdu. Həmin vaxtda NASA düşünürdü ki, o, 2033-cü ilə kimi insanları Marsa göndərə biləcək. Lakin bütün bu illərdən sonra NASA əmin oldu ki, bu planı müəyyən müddətlik ertələmək lazım gələcək. Əsas problem Marsa uçuş zamanı ilə bağlıdır. belə ki, Yer kürəsindən Marsa çatmaq üçün minimum 6 ay vaxt lazımdır.

    Burdan da ikinci vacib problem ortaya çıxır. Söhbət, astronavtların kosmik radiasiya şüalanmasına məruz qalmlarından gedir. Digər bir problem isə Ay, Yer kürəsi və Mars arasında qravitasiya təsirinin müxtəlif olmasındadır. Bu səbəbdən də Ay səthindən fərqli olaraq Mars səthindən uçuşu reallaşdırmaq daha çətin olacaq. Bütün bu faktorları nəzərə alaraq NASA-nın proqnozlarına əsasən insanların Marsa uçuşları ən yaxşı halda növbəti onilliyin sonunda baş verə bilər. NASA-nın rəhbəri Bill Nelson-un sözlərinə əsasən proqnozlaşdırılan bu müddət göstəricisinə həmçinin Artemis Ay missiyalarının nə dərəcədə uğurlu olub-olmayacaqları və texnologiyaların hansı sürətlə inkişaf etmələri də təsir göstərəcəklər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


ChatGPT dünyanın ən yaxşı biznes məktəblərindən birində buraxılış imtahanından u..

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun dərs tapşırıqlarının yerinə yetirilməsində is..


Daxilində nüvə sintezi prosesinin getdiyi yeni ekzoplanet kəşf edilib

Alimlər Avropanın Gaia adlı kosmik teleskopu vasitəsilə yeni ekzoplanet kəşf ediblər.


OpenAI şirkəti süni zəka əsaslı ChatGPT çat-botunun pullu versiyasını test etməy..

Süni zəka əsaslı ChatGPT çat-botunun bəzi isitfadəçiləri bildiriblər ki, OpenAI şirkəti onlara ChatG..


Alimlər 8.8 milyard işıq ili uzaqlığındakı qalaktikadan radio siqnal qəbul edibl..

Hindistanda yerləşən Giant Metrewave Radio Telescope (GMRT) adlı rəsədxana Yer kürəsindən 8.8 milyar..


Ən böyük neft şirkətlərindən biri 50 il ərzində qlobal istiləşmə məlumatlarını i..

Dünyanın ən böyük neft şirkətlərindən biri olan ExxonMobil-in təmsilçiləri qeyd ediblər ki, son illə..

×