NASA insanların indiyənə kimi yadplanetli həyat növü ilə qarşılaşmamalarının mümkün səbəbini açıqlayıb

NASA insanların indiyənə kimi yadplanetli həyat növü ilə qarşılaşmamalarının mümkün səbəbini açıqlayıb

Süni zəka və Elm
14.11.2022 PAYLAŞIM

    NASA alimləri yeni məqalələrində bizlərin indiyənə kimi şüurlu yadplanetli həyat növü ilə nəyə görə rastlaşmadığımızın mümkün səbəbini açıqlayıblar. Onların irəli sürmüş olduqları fərziyyəyə əasən bütün şüurlu həyat növü digər sivilizasiyalar ilə əlaqəyə keçmək üçün qəliz təkamül nöqtəsinə çatmazdan öncə özü-özünü məhv edib. Onların fikirlərinə əsasən əgər biz lazımi tədbirləri görməsək, insan sivilizasiyasını da bu cür aqibət gözləyir. “Avoiding the “Great Filter”: Extraterrestrial Life and Humanity’s Future in the Universe” adlı məqalədə qeyd edilib ki, Böyük Filtr (Great Filter) fərziyyəsinə əsasən digər sivilizasiyalar çox güman ki, mövcud olublar. Lakin onlar Yer kürəsi ilə əlaqə yaratmaq imkanına sahib olmazdan öncə özlərini məhv ediblər.

    Alimlər narahatdırlar ki, insanlar kimi bütün şüurlu həyat növü dərin köklənmiş disfunksiyalara sahibdir və həmin disfunksiyalar tez bir zamanda Böyük Filtrə daxil ola bilərlər. Lakin alimlərin sözlərinə əsasən insan sivilizasiyası üçün hələ də ümid var. Bir şərtlə ki, biz özümüzü məhv etmə təhlükəsindən yan keçmək üçün lazımi tədbirləri görəcəyik. “İnsan sivilizasiyasının bu universal filtrdən yan keçməsi üçün lazım olan əsas uğur açarı ondan ibarətdir ki, insan növü özündəki destruktiv keyfiyyətləri aşkar etməli və onları öncədən aradan qaldırmalıdır” - deyə mütəxəssislərdən biri qeyd edib. Mütəxəssislərin sözlərinə əsasən insanların məhvinə gətirib çıxaracaq səbəb həmçinin digər planetlərdəki şüurlu həyat növü üçün də təhlükə mənbəyinə çevrilə bilər.


    Məqalədə qeyd edilib ki, insanların və digər həyat növlərinin təsir göstərə biləcəkləri potensial səbəblər arasına nüvə müharibəsi, pandemiya, iqlim dəyişikliyi və idarə edilməyən süni zəka var. Mütəxəssislərin sözlərinə əsasən mövcud problemlər arasında ən böyüyü sağ qalmaq üçün birgə çalışmaqdır. “Tarix onu göstərdi ki, bir növ çərçivəsində fərdlərin öz aralarında rəqabətləri və əməkdaşlıqları bizləri ixtiraların yüksək zirvəsinə gətirib çıxarıb. Lakin bununla belə biz uzunmüddətli stabil yüksəlişə əks olan ideyaların yayılması ilə məşğul oluruq. Söhbət, irqçilik, soyqırım, ədalətsizlik, təxribat və s.-dən gedir” - deyə mütəxəssislər qeyd ediblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Meta-nın elmi süni zəka sistemi istifadəyə veriləndən 48 saat sonra deaktiv edil..

Meta şirkətinin Meta AI şöbəsinin mühəndisləri Galactica adlı süni zəka sistemini yaradıblar...


Orion kosmik gəmisi Ay səthinin yeni fotolarını göndərib

NASA-nın Artemis 1 Ay missiyası çərçivəsində Ay ətrafı uçuş səyahətini reallaşdıran Orion adlı kosmi..


James Webb teleskopu tarixdə ilk dəfə ekzoplanetin atmosferini detallı şəkildə a..

Görünür, WASP-39b adlı ekzoplanet Günəş sistemindən kənarda ən detallı şəkildə müşahidə edilmiş plan..


Google şirkəti fərdi şəkildə proqram kodu yaza biləcək süni zəka sistemi üzərind..

Verilmiş məlumata əsasən Google şirkəti yeni məxfi layihə üzərində çalışır.


Orion kosmik gəmisi Ay səthindən 130 km hündürlükdə uçuşunu reallaşdırıb (VİDEO)..

NASA-nın Orion adlı kosmik gəmisi Artemis 1 missiyası çərçivəsində öz kosmik səyahətini davam etdiri..


James Webb teleskopu ən qədim qalaktika adına namizəd olan yeni qalaktikanı kəşf..

NASA-nın verdiyi məlumata əsasən James Webb kosmik teleskopu kainatın ən erkən qalaktikalarını aşkar..

×