main-post-cover

    NASA Mars süxurları nümunələrinin Yer kürəsinə necə çatdırılacağını sərgiləyib (VİDEO)

    Süni İntellekt
    29.11.2022
    Emil Nəcəfov
        NASA maraqlı konseptual videonu təqdim edib. Təqdim edilmiş videoda Perseverance aparatının yığmış olduğu Mars süxurları nümunələrinin Yer kürəsinə necə çatdırılacağı əks olunub. Bu çoxmərhələli prosesdə Mars Ascent Vehicle raketi də daxil olmaqla bir neçə aparat iştirak edəcək. Qeyd etmək lazımdır ki, Perseverance aparatı Yer kürəsinə göndərilməsi üçün nəzərdə tutulmuş artıq 14 ədəd Mars süxuru nümunəsini hazırlayıb. Bundan əlavə olaraq Yer kürəsinə Mars atmosferinin nümunəsi də göndəriləcək.
        Beləliklə Perseverance tərəfindən yığılmış nümunələrdən ibarət komplekt ilk növbədə Mars Ascent Vehicle adlı raketə yüklənəcək. Sözügedən raket isə öz növbəsində Mars planetinə Mars Sample Return adlı missiya çərçivəsində yollanacaq. Mars süxurlarının nümunələrini əldə edəndən sonra raket Mars planetinin orbitinə yollanacaq. Mars planetinin orbitində raketi Earth Return Orbiter adlı aparat qəbul edəcək və onu Yer kürəsinə tərəf istiqamətləndirəcək. Gözləntilərə əsasən nümunələrin Yer kürəsinə çatdırılması missiyası 2030-cu illərin əvvəllərində reallaşdırılacaq.
    Linki kopyala