NASA mütəxəssisləri insanların nəyə görə hələ də yadplanetli sivilizasiyanı aşkar etmədiklərini öyrəniblər

NASA mütəxəssisləri insanların nəyə görə hələ də yadplanetli sivilizasiyanı aşkar etmədiklərini öyrəniblər

Süni zəka və Elm
04.01.2021 PAYLAŞIM

    Onilliklər ərzində minlərlə alim və həvəskar şüurlu həyat növünün aşkar edilməsi ümidi ilə kosmosa nəzər yetirir. Miqyasın böyüklüyünə və ortaya qoyulmuş səylərə baxmayaraq hələki nəsə aşkar etmək mümkün olmayıb. Aparılmış yeni tədqiqat çərçivəsində isə NASA mütəxəssisləri bu mövzuda gözlənilməz nəticəyə gəlib çıxıblar. Bu barədə 4pda saytı xəbər verib. Bir neçə müddət bundan öncə Kaliforniya Texnoloji İnstitutundan və NASA-nın reaktiv hərəkətlər laboratoriyasından olan alimlər qrupunun irimiqyaslı tədqiqatları barəsində məlumat ortaya çıxmışdı.

    Sözügedən tədqiqat hələ 1961-ci ildə təklif edilmiş Dreyk tənliyinə əsaslanır. Bu tənliyə kosmos haqqında müasir bilikləri əlavə edəndən sonra alimlər irimiqyaslı kompüter simulyasiyasını işə sala biliblər. Kompüter simulyasiyası çərçivəsində mövcud olan ekzoplanetlərin və ulduz sistemlərinin sayı, onlardan neçəsinin həyat şəraitini qoruyub saxlaya bilmə ehtimalları kimi faktorlar da nəzərə alınıb. Bundan əlavə olaraq kompüter simulyasiyasına bir neçə vacib şərt də əlavə edilib. Onların arasında ulduzların təkamülə uğrayan özəllikləri və özünü məhvetmə də var.


Məlum olub ki, yadplanetli sivilizasiya qalaktikanın formalaşmasından 8 milyard il sonra yaranmış ola bilər.

    Lakin çox güman ki, texniki tərəqqi şüurlu həyatın məhv olmasına gətirib çıxardıb. “Biz aşkar etdik ki, potensial özünü məhvetmə prosesi qalaktik şüurlu həyat növünün sayına ciddi şəkildə təsir göstərir. Əgər şüurlu həyat özünü Yer kürəsində məhv etmə potensialına sahibdirsə, heç təəccüblü deyil ki, digər yerlərdə şüurlu həyat mövcud deyil” - deyə alimlər qeyd ediblər. Bu məsələdə bir sıra fərziyyələr də irəli sürülüb. Belə ki, bir ehtimala əsasən digər planetlərdə həyat hələ formalaşmayıb. Bununla yanaşı alimlərin fikirlərinə əsasən yadplanetli sivilizasiya Süd Yolu qalaktikasının mərkəzindən 13.000 işıq ili məsafəsində yerləşir. Qeyd etmək lazımdır ki, Yer kürəsi qalaktikamızın mərkəzindən 25.000 işıq ili məsafəsində yerləşir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon meşələri planeti CO2 ilə zəhərləməyə başlayıblar

Son onillik ərzində Amazon meşələri, udduqları CO2-dən 20% daha çoxunu atmosferə ifraz ediblər...


Parker Solar Probe kosmik aparatı insanlıq tərəfindən yaradılmış ən sürətli apar..

NASA agentliyi Parker Solar Probe adlı kosmik aparatın əldə etdiyi 2 rekordu elan edib.


Yer kürəsinin bütün buzlaqları 30% daha sürətlə əriyir

Peyk məlumatlarının analiz olunmasından sonra alimlər hesablayıblar ki, 2015-ci ildən başlayaraq Yer..


Elon Musk: 'Marsın kolonizasiyasından öncə bizə Ayda böyük yaşayış bazası lazımd..

SpaceX-in yaradıcısı Elon Musk öz arzusuna sadiqdir. Söhbət, Mars planetində yaşayış şəhərciyinin ya..


Ingenuity dronu Mars atmosferində üçüncü uçuş missiyasını uğurla keçirdib (VİDEO..

NASA agentliyi Ingenuity dron aparatınn Mars atmosferində üçüncü uğurlu uçuş missiyasının reallaşdır..


Astronomlar: 'James Webb kosmik teleskopu 10 il ərzində yadplanetli həyat növünü..

Elm sahəsi uzun illərdir ki, yadplanetli həyat növünün axtarışı ilə məşğul olur. Lakin görünür, yaxı..

×