Logo
    main-post-cover

    NASA-nın 'Artemis' Ay proqramı maliyyə çatışmazlığı ilə qarşılaşa bilər

    Süni İntellekt
    18.05.2023
    Emil
        NASA aktiv şəkildə “ArtemisAy proqramını inkişaf etdirməkdə davam edir. Lakin bununla belə NASA bildirib ki, o, sözügedən layihənin maliyyələşdirilməsi üçün büdcənin çatmamasından narahatdır. Kosmik agentlik insanları mütəmadi şəkildə Aya nə zaman göndərə biləcəyini bilmir. “Artemis III” missiyası çərçivəsində astronavtların Aya 2025-ci ildə ayaq basmaları planlaşdırılır. Lakin bu, növbəti 5 il üçün planlaşdırılan yeganə missiyadır.
        Bununla belə astronavtların Aya ayaq basmaları 2025-ci ildə deyil, daha gec vaxtda reallaşdırıla bilər. “Artemis” Ay proqramının xərcləri getdikcə artır. Ümumilikdə proqramın 2024-cü ildən 2028-ci ilə kimi büdcəsi 41.5 milyard dollar təşkil edəcək. Kosmik agentlik Ay orbitində yerləşəcək kosmik stansiyanın inşasına 4 milyard dollar vəsaitin ayrılmasını təklif edib. Lakin Yer kürəsindən Aya uçuşların reallaşdırılması üçün kosmik stansiyaya ehtiyac yoxdur. NASA təmsilçiləri bildiriblər ki, “Artemis” Ay missiyasının reallaşdırılması məsələsində maliyyə çatışmazlığı riski mövcuddur. 
    Paylaş
    Bənzər xəbərlər