main-post-cover

    NASA-nın Ay ətrafı uçuşunu reallaşdıracaq kosmik gəminin testlərinə start verilir

    Süni İntellekt
    27.10.2023
    Farid Pardashunas
         NASA bildirib ki, "Artemis II" missiyası çərçivəsində Ay ətrafı idarə olunan uçuş üçün nəzərdə tutulmuş Orion adlı kosmik gəmi servis moduluna quraşdırılıb və o, vakuum ilə vibrasiya testlərindən keçməyə hazırlaşır. Kosmik gəminin SLS (Space Launch System) adlı raketə gələn il quraşdırılması planlaşdırılır. Orion kosmik gəmisi daxilində 4 nəfər astronavtın Ay ətrafı uçuşa göndərilməsi son 50 ildə insanların Ay istiqamətində ilk uçuşları olacaq.
         Lakin bundan öncə kosmik gəmi vacib testlərdən keçməlidir. Beləliklə kosmik gəminin  vibrasiyalara, ekstremal aşağı temperatura və vakuuma necə dözdüyünü yoxlamaq üçün nəzərdə tutulmuş testlərə yaxın günlərdə start verilməlidir. Kosmik uçuşun reallaşdırılmasına az müddət qalmış isə ona Günəş batareyaları, komanda heyətinin təcili xilasetmə sistemi quraşdırılacaq.
         Qeyd etmək lazımdır ki, NASA Ay ətrafı uçuşda iştirak edəcək 4 nəfər astronavtı artıq seçib. Söhbət, NASA astronavtları Victor Glover, Reid Wiseman, Christina Koch Kanada Kosmik Agentliyinin astronavtı Jeremy Hansen-dən gedir. Bu 4 nəfər astronavt Ay ətrafı uçuşu reallaşdıraraq Yer kürəsinə geri dönəcəklər. Astronavtların Ay səthinə enişləri isə 2025-2026-cı illər üçün planlaşdırılan "Artemis III" missiyası çərçivəsində baş tutacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Yupiterin peyki İonun keyfiyyətli fotoları çəkilib
    yupiterin-peyki-ionun-keyfiyyetli-fotolari-cekilib