NASA-nın DART aparatı toqquşma nəticəsində Dimorf asteroidinin orbitini dəyişib
Süni İntellekt
12.10.2022
Emil Nəcəfov
NASA-nın Double Asteroid Redirection Test (DART) missiyasının komandası tərəfindən əldə edilmiş məlumatlar onu göstəriblər ki, insanlar tarixdə ilk dəfə kosmik obyektin orbitini dəyişə biliblər. Bu isə öz növbəsində planetar təhlükəsizlikdə dönüş nöqtəsidir. Qeyd etmək lazımdır ki, 27 sentyabr tarixində NASA-nın DART aparatı Dimorf adlı asteroidlə toqquşmuşdu. Missiyanın əsas məqsədi kosmik obyektin uçuş trayektoriyasının dəyişilmə mümkünlüyünü yoxlamaq idi. Dimorfun daha böyük ölçüyə sahib Didim adlı digər asteroidin ətrafında dövretmə müddəti 11 saat 55 dəqiqə təşkil edirdi. 27 sentyabr tarixində baş tutmuş toqquşmadan sonra alimlər Dimorfun Didim ətrafında dövretmə sürətini müşahidə edirlər.
Daha öncə asteroidin dövretmə müddətinin minimum 73 saniyə aşağı salmaq planlaşdırılırdı. Lakin əldə edilmiş yeni məlumatlara əsasən Dimorfun Didim ətrafındakı dövretmə müddəti 32 dəqiqə azalıb. Beləliklə hal hazırda Dimorf Didim ətrafında 11 saat 23 dəqiqə ərzində dövr edir. Başqa sözlə desək, alimlər öz məqsədlərinə uğurlu şəkildə çatıblar. DART missiyasının yerinə yetirilməsindən sonra hər gün yeni məlumatlar daxil olur və alimlər həmin məlumatlar əsasında Yer kürəsini təhlükəli ola biləcək müxtəlif kosmik obyektlərdən necə qorumaq lazım olduğunu daha yaxşı qiymətləndirəcəklər. Qeyd etmək lazımdır ki, DART missiyası çərçivəsində eyniadlı aparat 160 metr ölçülü Dimorf asteroidi ilə saatda 22 530 km sürətlə toqquşmuşdu.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Süni intellekt önümüzdəki 10 il ərzində yox olacaq peşələri açıqlayıb!
Çin istehsalı elektromobillərin nəyə görə belə ucuz satıldıqları məlum olub