main-post-cover

    NASA-nın keçmiş alimi: 'Mars ilə Veneranı terraformalaşdırmaq mümkündür'

    Süni İntellekt
    03.01.2022
    Farid Pardashunas
        NASA-da 40 il çalışmış fizik Jim Green yaxın zamanda Mars planetinin terraformalaşdırma prosesinin ssenarisini təqdim edəcək. Lakin o qeyd edib ki, onun təqdim edəcəyi ssenaridəki ideyalar çoxları tərəfindən ciddi qəbul edilməyəcək. NASA-da 40 il çalışandan sonra təqaüdə çıxmış Jim Green-in sözlərinə əsasən insanlar gələcəkdə Mars ilə Veneranı terraformalaşdıra biləcəklər. Onun fikirlərini The New York Times saytı təqdim edib. Green-in sözlərinə əsasən Marsda Günəş şüalarından qorunmaq üçün nəzərdə tutulmuş maqnit sahəsini yaratmaq mümkün olsa, o, insanların yaşamaları üçün münbit şəraiti əldə edə biləcək. Maqnit sahəsi öz növbəsində Günəşə planetin atmosferini məhv etməyə imkan verməyəcək. Nəticədə planet öz səthində istiliyi saxlaya biləcək, təzyiq yüksələcək, iqlim isə yaxşılaşaraq həyat üçün lazımi vəziyyətdə olacaq.
        Alimin sözlərinə əsasən eyni prosesi həmçinin Venera planeti üçün də reallaşdırmaq mümkündür. “Mars terraformalaşmağa başlayacaq. Biz istəyirik ki, planet bu prosesdə bütün mümkün imkanları ilə birlikdə iştirak etsin. Təzyiq yüksələn zaman temperatur da yüksəlir” - deyə alim qeyd edib. Jim Green 1-dən 7-ə kimi olan şkaladan istifadə edərək kosmosda həyat növünün axtarışı üsulunu təklif edib. Öz müsahibəsində alim başa salıb ki, Marsda böyük miqdarda metan mövcuddur. Yer kürəsində mövcud olan metan miqdarının 95%-i canlı orqanizmlər tərəfindən ifraz edilir. Lakin Mars üzrə aparılmış tədqiqatlar onun sözügedən şkalada 3-cü səviyyəyə aid olduğunu göstərirlər. Milyardlarla il bundan öncə Mars landşaftı su ilə əhatə olunub. Lakin planetin maqnit sahəsi zəifləyəndən sonra həmin su buxarlanmağa başlayıb.

    Marsın terraformalaşdırılmasının ilkin mərhələsi üçün 60 mbar (millibar) təzyiq lazımdır. Buna başqa cür Armstronq hüdudu deyilir və bu təzyiq göstəricisi çərçivəsində orqanizmdəki qan qızmaya məruz qalmır.

        Hal hazırda isə Marsda təzyiq göstəricisi 10 dəfə daha aşağıdır. Bu isə o deməkdir ki, insanlar Mars planetinin səthinə xüsusi skafandrlar vasitəsilə ayaq basa bilərlər. Əgər planetin temperaturu ilə təzyiqini yüksəltmək mümkün olsa, bitkilər yerli torpaq şəraitində sağ qala bilərlər. 1970-ci illərdə NASA Marsa Viking adlı kosmik aparatlar gödərmişdi. Green-in sözlərinə əsasən həmin aparatlar heç də yaxşı vəziyyətə sahib olmayan landşafta enmişdilər. Belə ki, həmin illərdə NASA Mars barəsində çox az məlumata sahib idi. Nəticədə Viking-in aparmış olduğu təcrübələrdən biri göstərmişdi ki, Mars torpağında mikrob şəklində həyat növü mövcuddur. Lakin həmin vaxtda alimlər bunu dəqiq şəkildə sübut edə bilməmişdilər.
        “Lakin biz bunu artıq dəqiq şəkildə öyrənəcəyik. Çünki Marsdakı süxur nümunələrini Yer kürəsinə geri qaytarmağı planlaşdırırıq. Biz bu cür missiyanın lazım olacağını bilmirdik” - deyə alim qeyd edib. Jim Green 1980-ci ildə NASA-da işə başlamışdı. O, NASA-ya Yer kürəsinin maqnit sahəsini düzgün şəkildə anlamağa yardımçı olmuş və Günəş sisteminin xarici hissəsinin araşdırılmasında iştirak etmişdi. Ümumilikdə alim 100-dən çox elmi tədqiqatın aparılmasında iştirak edib. Lakin bir neçə müddət bundan öncə o, təqaüdə çıxmaq qərarını aldı və hal hazırda müxtəlif növ elmi məqalələr dərc edərək fəaliyyətini bu istiqamətdə davam etdirir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər