NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

NASA-nın kosmik aparatı gecə saatlarında asteroidlə toqquşacaq (VİDEO)

Süni zəka və Elm
26.09.2022 PAYLAŞIM

    NASA-nın Double Asteroid Redirection Test (DART) adlı missiyası artıq final mərhələyə yaxınlaşır. Qeyd etmək lazımdır ki, bu missiya çərçivəsində NASA-nın kosmik aparatı yüksək sürətlə asteroidlə toqquşacaq. Məqsəd isə asteroidin uçuş trayektoriyasını dəyişməkdir. Sözügedən missiya ilə eyni ada sahib kosmik aparat Dimorf asteroidi ilə 27 sentyabr tarixində Bakı vaxtı ilə saat 03:14-də toqquşacaq. DART missiyası planetar təhlükəsizlik proqramı çərçivəsində reallaşdırılır. Bu proqram çərçivəsində mütəxəssislər Yer kürəsi üçün potensial təhlükə mənbəyinə çevrilə biləcək müxtəlif kosmik obyektlərin uçuş trayektoriyalarının dəyişilmə mümkünlüyünü yoxlamaq istəyirlər. DART adlı kosmik aparat təyinat nöqtəsinə 2021-ci ilin noyabr ayında yollanmışdı. Öz uçuş dövrü ərzində aparat Yer kürəsindən 11 milyon km uzaqlıqda yerləşən və 2 asteroiddən ibarət sistemə yaxınlaşmışdı.


    Didim və Dimorf asteroidləri müxtəlif ölçülərə sahibdirlər. Didimin diametri 780 metr, Dimorfun diametri isə 160 metr təşkil edir. Sözügedən asteroidlər Yer kürəsi üçün təhlükə mənbəyi olmadıqları səbəbilə sözügedən missiya elmi xarakter daşıyır. DART aparatı öz növbəsində Dmorf ilə toqquşma üçün nəzərdə tutulub. 550 kq ağırlığında olan kosmik aparat saatda 24 000 km sürətlə Dimorfla toqquşacaq. Bunun sayəsində aparat sözügedən asteroidin uçuş trayektoriyasını dəyişməyə çalışacaq. NASA bu missiyanın final mərhələsini canlı yayım formatında insanlara sərgiləyəcək. Toqquşmağa hazırlaşan kosmik aparatın konstruksiyasında Didymos Reconnaissance and Asteroid Camera (DRACO) adlı naviqasiya kamerası mövcuddur və həmin kamera aparatın asteroidə yaxınlaşma prosesi çərçivəsində hər saniyə bir foto çəkərək Yer kürəsinə göndərəcək.

    Təbii ki, asteroidlə toqquşmadan sonra aparat fotoların göndərilməsini dayandıracaq. Toqquşma nəticələrini detallı şəkildə daha sonra izləmək mümkün olacaq. Məsələ burasındadır ki, DART aparatından LICIACube (Light Italian for Imaging of asteroid) adlı kubsat (kosmosun tədqiqatı üçün nəzərdə tutulmuş kiçik ölçülü və kub formasında olan süni peyk) ayrılıb. Həmin kubsat toqquşmadan 3 dəqiqə sonra toqquşmanın baş verdiyi kosmik sahənin yaxınlığından keçəcək. Bu proses çərçivəsində kubsat əlavə olaraq bir neçə foto çəkəcək. Gözləntilərə əsasən kubsat tərəfindən çəkiləcək fotolar gün ərzində təqdim olunacaq. Qeyd etmək lazımdır ki, bir neçə gün bundan öncə rəsmi məlumat verilmişdi ki, gözlənilən toqquşmanı həmçinin James Webb Hubble teleskopları da izləyəcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Orion kosmik gəmisi Yer kürəsinə geri qayıtmağa hazırlaşır

Əvvəlcədən də planlaşdırıldığı kimi Artemis-1 missiyası çərçivəsində Orion adlı kosmik gəmi 1 dekabr..


James Webb teleskopu Saturnun peyki Titanın fotolarını çəkib və atmosferini incə..

James Webb kosmik teleskopu öz fəaliyyətini uğurla davam etdirir. Bu dəfə o, Günəş sisteminin kosmik..


Uğurlu karyera və parlaq gələcəyə əmin addımlarla!

Azercell-dən SOS Uşaq Kəndləri yetirmələrinin məşğulluğuna dəstək


Çin nüvə reaktoruna sahib Ay bazası inşa etməyi planlaşdırır

Çin Ayın incələnməsi və kəşfiyyatı mövzusunda ABŞ-dan geri qalmaq niyyətində deyil.


Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza atıb..

Keçən həftənin sonunda Orion kosmik gəmisi Artemis-1 missiyası çərçivəsində növbəti rekorduna imza a..

×