NASA-nın, Yupiterin peyki ilə bağlı missiyasında SpaceX də iştirak edəcək

NASA-nın, Yupiterin peyki ilə bağlı missiyasında SpaceX də iştirak edəcək

Süni zəka və Elm
27.07.2021 PAYLAŞIM

    NASA agentliyi 2024-cü ildə reallaşdırılması planlaşdırılan Europa Clipper adlı missiyasının həyata keçirilməsi üçün SpaceX şirkətini seçib. Sözügedən missiya Yupiterin altıncı peyki olan Avropanın müşahidə olunması üçün nəzərdə tutulub. Həmin müşahidə üçün isə Europa Clipper adlı kosmik aparatdan istifadə olunacaq. NASA ilə SpaceX arasındakı razılığa əsasən kosmik aparatı kosmosa məhz Falcon Heavy ağır raketi çatdıracaq. Hər iki tərəf arasında bağlanmış müqavilənin dəyəri 178 milyon dollar təşkil edir.

    Europa Clipper aparatı nəticədə 45 dəfə Avropa ətrafında dövr etməli olacaq və 26 km məsafəyə eniş edəcək. Onun əsas məqsədi isə Avropa səthinin yüksək keyfiyyətli fotolarını çəkmək, onun buzdan ibarət olan qabığının xəritəsini yaratmaq, qabığın tərkibi ilə qalınlığını təyin etmək, buz örtüyünün altında yerləşən okeanın tərkibini və duzluluq səviyyəsini ölçməkdir. Aşağı orbit hesabına Europa Clipper aparatı su buxarlarının arasından uça biləcək. Həmin su buxarları Avropanın buzlu səthindən 100 km hündürlüyə ifraz olunur.


    Kosmik aparat is həmin su buxarını analiz edərək peykin daxilində yerləşən okeanda həyat növünün olub-olmadığını araşdıracaq. Qeyd etmək lazımdır ki, Yupiterin Avropa adlı peyki Günəş sistemində həyat növünün potensial mövcudluğuna namizəd olan ən ideal variantlardan biridir. Onun 100 km-ə çatan buzlu qabığının altında maye şəklində mövcud olan okean var. Həmin okean Yupiterin qravitasiyası hesabına donmur. Belə ki, Yupiterin qravitasiyası Avropanı sıxaraq və dartaraq onun daxilini qızdırır. Bu cür şəraitdə bakteriyalar kimi primitiv mikroorqanizmlər mövcud ola bilər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.


James Webb kosmik teleskopu Günəş sistemindəki obyektlərin detallı müşahidəsini ..

James Webb kosmik teleskopu kainatın yaranmasından sonrakı ilk mərhələlərlə yanaşı bizim Günəş siste..


Alimlər Ayda suyun mümkün yaranma səbəbini aydınlaşdırıblar

Kolorado Belroud Universitetinin alimlərinin fikirlərinə əsasən milyardlarla il bundan öncə Yer kürə..


Alimlər plastiki 16 saata parçalayan yeni ferment kəşf ediblər

Almaniyada yerləşən Leypsiq Universitetinin alimləri aşkar ediblər ki, PHL7 adlı ferment polietilent..


Planetin qlobal iqlimi 2021-ci ildə bütün əsas göstəricilər üzrə rekorda imza at..

Ümumdünya Meteorologiya Təşkilatı (BMO) 2021-ci il üzrə yığılmış məlumatlar əsasında planetdəki iqli..

×