NASA növbəti onillikdə Saturnun peyki Titanda həyat növünün axtarışını reallaşdıracaq

NASA növbəti onillikdə Saturnun peyki Titanda həyat növünün axtarışını reallaşdıracaq

Süni zəka və Elm
16.08.2021 PAYLAŞIM

    NASA agentliyi Saturnun peyklərindən biri olan Titanın incələnməsi üzrə planlaşdırılan missiyanın ilkin məlumatlarını təqdim edib. Belə ki, NASA agentliyi 2030-cu illərin ortalarında Titana Dragonfly adlı eniş modulunu göndərməyi və onun sayəsində orqanik həyat növünün axtarılmasını planlaşdırır. Alimlərin əsas məqsədləri biokimyəvi nümunələrin tapılmasıdır. Məsələ burasındadır ki, Titanın atmosferi Yer kürəsinin atmosferinə bənzəyir və onun səthində böyük miqdarda maye mövcuddur. Bu özəlliklər isə onu bizim planetə maksimal dərəcədə oxşar hala gətirirlər. Buna baxmayaraq alimlər hələ də ordakı hava şəraiti və digər ətraf mühit göstəriciləri barəsində məlumatlara sahib deyillər.


    Lakin məlum olan faktlardan biri də odur ki, orda metan yağışları yağır. Alimlər öz növbələrində Saturnun peykində canlı orqanizmlərin aşkar edilməsinə ümid edirlər. Titan barəsində məlum olan faktların böyük hissəsi onun Saturn orbitindən müşahidəsi nəticəsində əldə olunub. Belə ki, Cassini adlı kosmik aparat artıq 13 ildir ki, Saturn ətrafında dövr edir. Bu isə öz növbəsində planet və onun peykləri barəsində maraqlı məlumatları verib. 2005-ci ildə Titanın müşahidəsi ilə Huygens aparatı məşğul olmuşdu. O, eniş üçün lazımi konstruksiyaya sahib olmadığından peykin yalnız atmosferində olmuşdu. Titan aşağı göstəricidə qravitasiya gücünə və daha sıx atmosferə sahib olduğu üçün onu uçuş aparatı vasitəsilə müşahidə etmək mümkün olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kainatın ən detallı 3D modeli yaradılıb (VİDEO)

Beynəlxalq tədqiqatçılar komandası kainatın ən detallı 3D modelini yaradıb.


BMT dövlətləri süni zəka texnologiyalarını məhdudlaşdırmağa çağırıb..

Son zamanlarda süni zəka əsaslı alqoritmlərin məhdudlaşdırılması və ya ümumiyyətlə qadağan edilməsi ..


Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

15 milyon dollar investisiya əldə etmiş Colossal adlı startap nəsli kəsilmiş növlərin bərpa olunması..


Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər..

Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərə..


Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb

Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu..


Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şə..

NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxur..

×