NASA Perseverance adlı aparatı Marsa göndərib: Aparat qırmızı planetə nə zaman çatacaq? (VİDEO)

NASA Perseverance adlı aparatı Marsa göndərib: Aparat qırmızı planetə nə zaman çatacaq? (VİDEO)

Süni zəka və Elm
31.07.2020 PAYLAŞIM

    NASA agentliyi Mars 2020 layihəsinin ilk mərhələsini uğurla yekunlaşdırıb. Belə ki, ilkin mərhələ çərçivəsində NASA agentliyi Atlas V raketi vasitəsilə Perseverance adlı yeni Mars aparatını qırmızı planetə yollayıb. Missiyanın əsas məqsədi isə sözügedən robot ilə kiçik vertolyotu Marsa çatdırmaq və onların sayəsində qırmızı planetdə həyat formalarının olub-olmamasını tədqiq etməkdir. Uğurla göndərilmiş raket isə 6.5 aydan sonra Marsa çatmalıdır. Uçuşun uğurlu keçəcəyi halda aparat Marsın səthinə 18 fevral 2021-ci il tarixində enəcək.


    Eniş yeri kimi isə Marsdakı Jezero adlı krater seçilib. Keçmişdə həmin ərazi su ilə dolu olub. Buna görə də alimlərin fikirlərinə əsasən həmin ərazinin süxurları özlərində mikrobioloji həyat növünün izlərini gizlədə bilər. Tədqiqatçılar əmin deyillər ki, yeni Mars aparatı canlı orqanizmləri aşkar edəcək. Lakin NASA alimləri sübut etmək istəyirlər ki, keçmişdə Marsda həqiqətən də həyat forması üçün münbit şərait olub. Perseverance aparatı 7 alətdən ibarətdir və onlar Mars süxurlarının tədqiq olunması üçün Yer kürəsindən idarə olunacaqlar.

    Bundan əlavə olaraq yeni Mars aparatı 23 ədəd kamera ilə təchiz olunub. Aparatda olan 2 ədəd mikrofon vasitəsilə alimlər ilk dəfə Mars səthində olan səsləri də eşidə biləcəklər. 2026-cı ilə kimi NASA yığılmış süxurların Yer kürəsinə çatdırılması üçün Marsa raket göndərməyi planlaşdırır. Perseverance ilə birlikdə göndərilmiş kiçik vertolyotun əsas məqsədi isə yüksək hündürlükdən Marsın rəngli fotolarını çəkmək olacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Süni yarpaqlar digər planetlərdə sağ qalmaqda yardımçı olacaqlar

Alimlərdən ibarət beynəlxalq komanda emal olunmuş yosunlar əsasında xüsusi material hazırlayıb və hə..


Çin atmosferə digər inkişaf etmiş ölkələrdən daha çox CO2 ifraz edir

Rhodium Group adlı konsaltinq şirkətinin hesabatına əasən Çində parnik qazlarının emissiyası son 30 ..


Amazon meşələri planeti CO2 ilə zəhərləməyə başlayıblar

Son onillik ərzində Amazon meşələri, udduqları CO2-dən 20% daha çoxunu atmosferə ifraz ediblər...


Parker Solar Probe kosmik aparatı insanlıq tərəfindən yaradılmış ən sürətli apar..

NASA agentliyi Parker Solar Probe adlı kosmik aparatın əldə etdiyi 2 rekordu elan edib.


Yer kürəsinin bütün buzlaqları 30% daha sürətlə əriyir

Peyk məlumatlarının analiz olunmasından sonra alimlər hesablayıblar ki, 2015-ci ildən başlayaraq Yer..


Elon Musk: 'Marsın kolonizasiyasından öncə bizə Ayda böyük yaşayış bazası lazımd..

SpaceX-in yaradıcısı Elon Musk öz arzusuna sadiqdir. Söhbət, Mars planetində yaşayış şəhərciyinin ya..

×