main-post-cover

    NASA yeni kosmik stansiyanın sisteminə ChatGPT analoqunu inteqrasiya edəcək

    Süni İntellekt
    30.06.2023
    Farid Pardashunas
        Elmi fantastik janrda olan kitablarda və filmlərdə süni zəkanın kosmosda istifadə edilməsi ideyası o qədər etibarlı görünməsə də, bu texnologiya həm idarə olunan həm də pilotsuz kosmik missiyalarda geniş imkanları təqdim edir. Bu səbəbdən də NASA ChatGPT kimi təbii dil interfeysi vasitəsilə kosmik aparatların idarə olunmasında, kosmosda elmi tədqiqatların aparılmasında və s. kimi proseslərdə astronavtlara yardımçı olacaq sistem üzərində çalışır.

    “İdeyanın əsas məğzi bizim kosmik gəmilər ilə ünsiyyət qurma və həmin kosmik gəmilərin Günəş sistemində və onun sərhədlərindən kənarda olan maraqlı kəşflər barədə məlumatı bizlərə söyləmələri səviyyəsinə çatmaqdır. Bu artıq elmi fantastikaya bənzəmir” - deyə mütəxəssislərdən biri qeyd edib.

        Məlumatda qeyd edilib ki, NASA ChatGPT-yə bənzər sistemi Ayın orbitində yerləşəcək Lunar Gateway adlı kosmik stansiyaya inteqrasiya etməyi planlaşdırır. Qeyd etmək lazımdır ki, Lunar Gateway öz növbəsində NASA-nın “Artemis” Ay proqramının missiyalarının dəstəklənməsi üçün nəzərdə tutulub. Hazırlanan sistem təbii dil əsasında çalışacaq və aparılan elmi təcrüblər barəsində məsləhətlər ilə kosmik aparatların uçuş manevrlərinin yerinə yetirilməsində astronavtlara yardımçı olacaq. NASA həmçinin kosmik stansiyada astronavtların olmayacaqları halda da onun sistemlərinin idarəsini reallaşdırmağa imkan verəcək süni zəka texnologiyasına ehtiyac duyur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər