main-post-cover

    Neptunun arxasında qara dəlik gizlənə bilər: Bunun doğru olub-olmadığını nə zaman bilmək olacaq?

    Süni İntellekt
    15.07.2020
    Farid Pardashunas
        Rəsmi təsdiq ounmuş məlumata əsasən Yer kürəsinə ən yaxın olan qara dəlik 1000 işıq ili məsafəsində yerləşir. Bu çox uzaq və təhlükəsiz məsafədir. Lakin bəzi alimlər güman edirlər ki, Yer kürəsinə yaxın olan daha bir qara dəlik mövcud ola bilər. Güman olunur ki, həmin kiçik qara dəlik Neptun arxasında Günəş ətrafında dövr edir. Alimlər artıq bunun həqiqətə uyub-uymadığını bir neçə il ərzində öyrənə biləcəklər. Bu barədə New Atlas saytı xəbər verib. Günəş sisteminin kənarları qəribə kosmik obyektlərə sahibdir.
        Son 1 il ərzində biz bir sıra fotolar vasitəsilə Günəş sisteminin həmin yerlərində hansı növ kosmik obyektlərin yerləşdiklərini öyrənmişik. Qar adamı formasında olan Arrokot adlı asteroid, Qoblin adlı karlik planet və Farut adlı uzaq transneptun obyekt. Bütün bu obyektlər kiçik ölçülərə sahibdirlər. Lakin bəzi nəzəriyyələrə əsasən kosmik qaranlıqda kütləsi Yer kürəsinin kütləsindən 5-10 dəfə yüksək olan 9-cu planet gizlənə bilər. Bu cür nəzəriyyənin ortaya çıxmasına səbəb olmuş sübutlar sırasında güman olunan həmin planetin obyektlərinin stabil olsa da qəribə orbitləri və Günəşdən yayınması var.

    Lakin bu, 9-cu planet yerinə tamamilə başqa kosmik obyekt də ola bilər. Məsələn həmin kütləyə sahib lakin qreypfrut ölçüsündə olan kiçik qara dəlik.

        Bu sadəcə bir ehtimaldır və onu hələ ki, nə sübut etmək olub nədə ki təkzib. Harvard Universitetinin astronomları Günəş sistemində qara dəliyin axtarış üsulu barəsində məlumat veriblər. Sadəcə olaraq hansısa kometanın qara dəliyə yaxınlaşması nəticəsində cazibə qüvvəsinin həmin kometanı məhv edəcəyi zaman baş verəcək alışmalara diqqət yetirmək lazımdır. Müasir təchizatlar bu cür alışmaları təyin etməyə qadir deyillər.
        Lakin Vera Rubin adına rəsədxananın yeni teleskopu bu tapşırığın öhdəsindən gələ biləcək. Həmin teleskop kosmik obeyktlərin hərəkətlərini və onların parlaqlıqlarını müşahidə etmək üçün yetəri həssaslığa və təsvir bucağına sahib olacaq. Onun köməyi ilə astronomlar Günəş sistemində 40.000 yeni kiçik obyekti və güman olunan 9-cu planeti (və ya qara dəliyi) aşkar etməyi ümid edirlər. Teleskop Çilinin El-Piyon adlı zirvəsində yerləşdiriləcək. Onu ilk dəfə bu ilin sonunda işə salacaqlar. Teleskopdan mütəmadi istifadə isə 2023-cü ilə planlaşdırılır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər