
Nəşriyyatlardan biri ChatGPT səbəbilə yeni hekayələrin qəbul sorğularını dayandırıb
Süni İntellekt
24.02.2023
Emil
Elmi-fantastika və fentezi janrlarında hekayələrin dərc edilməsi ilə məşğul olan Clarkesworld adlı nəşriyyat hekayələr ilə bağlı yeni sorğuların göndərilməsini müvəqqəti olaraq dayandırıb. Səbəb isə nəşriyyata neyron şəbəkələri və süni zəka əsaslı ChatGPT çat-botu tərəfindən tərtib edilmiş çoxlu sayda hekayənin göndərilməsidir. Clarkesworld nəşriyyatının təsisçisi Neil Clarke öz Twitter hesabında qeyd edib ki, yeni sorğuların hansı müddətə qədər dayandırıldığını bilmir.
Belə ki, nəşriyyat daxil olan bu cür sorğular ilə necə mübarizə apamaq lazım olması ilə bağlı hələ effektiv bir üsul tapa bilməyib. Neil Clarke-ın fikrincə neyron şəbəkələri tərəfindən tərtib edilmiş hekayələrin nəşriyyatlara və ya digər yerlərə göndərilməsi ideyası müxtəlif növ məqalələrin və bloqların müəlliflərindən gəlib. Belə ki, onlar tez bir zamanda qazanc əldə etmək istəyənlərə ChatGPT-dən istifadə etməyi məsləhət görüblər. Neil Clarke həmçinin bloklanmış sorğuları əks etdirən qrafiki də sərgiləyib. Məlumatda qeyd edilib ki, 2022-ci ilə kimi sorğular adətən plagiat səbəbilə bloklanırdısa, indiki halda bloklanmanın səbəbi məhz neyron şəbəkələridir.
Paylaş
Bənzər xəbərlər