Netflix Ben Affleck-in süni intellekt startapını 587 milyon dollara satın alıb
Süni İntellekt
20.07.2026
Sevinj
Netflix Ben Affleck-in həmtəsisçisi olduğu süni intellekt startapı InterPositive-i 587 milyon dollar nağd vəsait qarşılığında satın aldığını açıqlayıb. Məlumat şirkətin son tənzimləyici hesabatında yer alıb.
Netflix bu satınalmanı hələ mart ayında elan etsə də, həmin vaxt maliyyə detalları açıqlanmamışdı. Daha sonra Bloomberg sövdələşmənin dəyərinin 600 milyon dollara çata biləcəyini bildirmişdi. İndi isə məlum olub ki, Netflix InterPositive üçün 587 milyon dollar ödəyib.
Satınalmadan sonra InterPositive-in bütün komandası Netflix-ə qoşulub. Ben Affleck isə şirkətdə baş məsləhətçi (Senior Advisor) vəzifəsini icra edəcək. Netflix-in son maliyyə hesabatına əsasən, platformadakı artıq təxminən 300 film və serialın hazırlanmasında generativ süni intellekt texnologiyalarından istifadə olunub.
Paylaş
