main-post-cover

    Növbəti 100 ildə Yer kürəsinə milyona yaxın təhlükəli asteroid yaxınlaşacaq

    Süni İntellekt
    28.09.2021
    Emil Nəcəfov
        2013-cü ildə Rusiyann Çelyabinsk şəhərinin səmasında partlamış meteoritin diametri 20 metrdən çox deyil idi. Lakin bu cür kiçik diametrə sahib meteoritin partlayışı nəticəsində yaranmış enerji o dərəcədə güclü idi ki, o, bir çox binalara və hətta insanlara da zərər yetirmişdi. Bu hadisə onu göstərdi ki, böyük ölçüyə sahib olmayan asteroidlərdən heç də yan keçmək lazım deyil və növbəti 100 ildə Çelyabinsk hadisəsinə bənzər hadisələr daha çox baş verəcəklər. Çinli astronomların hesablamalarına əsasən növbəti 100 ildə diametri 100 metrə kimi olan asteroidlərin Yer kürəsi ilə 700 dəfə toqquşmaları təhlükəsi var.
        Bundan əlavə olaraq kompüter modelləşdirilməsi onu göstərib ki, Yer kürəsini təhlükə altına ata biləcək asteroidlərin sayı daha çox ola bilər. Onların sayı 100.000-dən milyona kimi təşkil edə bilər. Lakin indiyənə kimi kosmik mühitin müşahidə edilməsi zamanı 100 metrdən kiçik diametrə sahib asteoridlərə fikir verilmirdi. Qeyd etmək lazımdır ki, Çelyabinsk hadisəsi zamanı partlamış asteroidə bənzər asteroidlərin aşkar olunması qəlizdir. Belə ki, həmin asteroidlər Yer kürəsinə Günəş istiqamətindən gəlirlər.
        Adi teleskopları isə Günəş istiqamətinə yönəltmək mümkün deyil. Günəş istiqamətini tam müşahidə etmək üçün xüsusi qorunan alətlər lazımdır. Hal hazırda isə bu cür alətlər mövcud deyil. Son illərdə Çin hökuməti planetin müdafiəsi sahəsinə külli miqdarda vəsait ayırıb. Bu, təkcə asteroidlər tərəfindən ola biləcək təhlükələrin yüngülləşdirilməsi üçün deyil, həm də kosmik sahədə ABŞ ilə sərt rəqabət üçün edilir. Çin hökuməti heç istisna etmir ki, nəticədə asteroidlərin izlənməsi sistemi milli müdafiə sisteminə inteqrasiya oluna və milli təhlükəsizlik strategiyasınn bir hissəsi ola bilər.
    Linki kopyala