main-post-cover

    Növbəti pandemiyanı proqnozlaşdıra biləcək süni zəka sistemi yaradılıb

    Süni İntellekt
    09.08.2023
    Farid Pardashunas
        Scripps Research adlı qurumun və ABŞ Şimal-Qərb Universitetinin mütəxəssisləri gələcəkdə baş verə biləcək pandemiyalar zamanı virusların təhlükəli versiyalarının ortaya çıxacaqlarını öncədən insanlara bildirə biləcək süni zəka sistemini yaradıblar. Yaradılmış yeni süni zəka sistemi EWAD (Early Warning Anomally Detection) adını əldə edib. Bu yeni süni zəka sistemi virusların müxtəlif versiyalarının dünyada yayılmaları çərçivəsində onların genetik ardıcıllıqlarını, tezliklərini və ölümə səbəb olan nisbətlərini machine learning-dən istifadə edərək analiz edir. Mütəxəssislər EWAD-ı COVID-19 ilə bağlı real məlumatlar üzərində test ediblər və aşkar ediblər ki, sistem virusun mutasiyası prosesi zamanı hansı problemli versiyaların yarana biləcəyini öncədən proqnozlaşdıra bilir.
        EWAD həmçinin vaksinasiya və tibbi maskalardan istifadə kimi səhiyyə tədbirlərinin virusun təkamülünə necə təsir göstərəcəklərini də qiymətləndirə bilir. EWAD mövcud olan məlumatlar əsasında yeni məlumatları proqnozlaşdırmağa imkan verən riyazi üsuldan istifadə edir. Sistem virusların təkamül proseslərinin qanunauyğunluqlarını və qaydalarını təyin edə bilər. Mütəxəssislərin fikirlərinə əsasən EWAD virusların baza biologiyalarını və onların ətraf mühitə necə adaptasiya olduqlarını anlamaqda yardımçı ola bilər. Bu isə öz növbəsində viruslarla mübarizədə daha effektiv üsulların yaradılmasına kömək edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər