Nvidia 73 % artımla bazarı silkələdi
Süni İntellekt
26.02.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Nvidia daha bir rekord maliyyə rübü açıqlayıb. Süni intellekt hesablamalarına tələbatın sürətlə artması fonunda şirkət gəlir və mənfəət baxımından yeni zirvələrə çatıb. Şirkət son rübdə 68 milyard dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 73 % artım deməkdir. Bu gəlirin 62 milyard dolları məlumat mərkəzi biznesinin payına düşür.
Nvidia ilk dəfə olaraq data center gəlirlərini daha detallı şəkildə bölüşdürüb:
- 51 milyard dollar – əsasən GPU-lar daxil olmaqla hesablama (compute) gəlirləri
- 11 milyard dollar – NVLink kimi şəbəkə (networking) məhsulları
Şirkətin illik ümumi gəliri isə 215 milyard dollara çatıb.
CEO Jensen Huang investorlarla görüşdə bildirib ki, dünyada “token” tələbatı eksponensial şəkildə artır. Onun sözlərinə görə, hətta altı il əvvəl istehsal olunan GPU-lar belə bulud xidmətlərində tam istifadə olunur və qiymətlər yüksəlir. Çinə ixrac məsələsi də diqqət mərkəzində olub. ABŞ hökuməti bəzi məhdudiyyətləri yumşaltsa da, Nvidia bildirib ki, Çin üçün təsdiqlənmiş H200 çipləri hələ gəlir formalaşdırmayıb və gələcəkdə idxala icazə verilib-verilməyəcəyi bəlli deyil. Maliyyə direktoru Colette Kress qeyd edib ki, Çində IPO-larla güclənən yerli rəqiblər, xüsusilə Moore Threads uzunmüddətli perspektivdə qlobal AI bazarının strukturunu dəyişə bilər.
Paylaş