Nvidia AI çiplərinin satışına yeni məhdudiyyətlər tətbiq etdi
Süni İntellekt
14.07.2026
Sevinj
Nvidia Asiyada süni intellekt çiplərinin satışı üçün təsdiqlənmiş müştərilər siyahısını əhəmiyyətli dərəcədə ixtisar edib. Financial Times nəşrinin məlumatına görə, şirkət yeni "ağ siyahı" yaradaraq əvvəlki müştərilərinin yarıdan çoxunu bu siyahıdan çıxarıb. Yeni yoxlama prosesi əsasən Sinqapur, Malayziya və Yaponiyada fəaliyyət göstərən şirkətləri əhatə edir. Son illərdə ABŞ ixrac məhdudiyyətlərini aşaraq Nvidia çiplərinin Çinə yönləndirilməsi ilə bağlı ən çox araşdırılan ölkələr məhz bunlar olub.
Məlumata görə, siyahıdan çıxarılan şirkətlər yenidən müraciət edə bilərlər. Lakin bunun üçün mülkiyyət strukturu və fəaliyyətləri ilə bağlı əlavə məlumat təqdim etməli, Nvidia-nın yeni uyğunluq tələblərinə cavab verməlidirlər. Bu addımın ABŞ hökumətinin təzyiqləri fonunda atıldığı bildirilir. May ayında ABŞ Ticarət Nazirliyi qabaqcıl süni intellekt çiplərinin Çinə və ya Çində yerləşən ana şirkətə məxsus qurumlara ixracı üçün xüsusi lisenziya tələb olunduğunu bir daha dəqiqləşdirib.
Paylaş