Nvidia artıq OpenAI və Anthropic-ə yeni investisiya etməyi planlaşdırmır
Süni İntellekt
05.03.2026
Ilhama
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Nvidia-nın baş direktoru Jensen Huang bildirib ki, şirkət OpenAI və Anthropic-ə gələcəkdə əlavə investisiya etməyi planlaşdırmır.
O, bu barədə Morgan Stanley-nin texnologiya, media və telekommunikasiya konfransında çıxış edərkən danışıb. Huang bildirib ki, bu tip şirkətlər ictimai şirkətə çevrildikdən sonra (IPO etdikdən sonra) belə böyük strateji investisiyalar üçün imkanlar faktiki olaraq bağlanır.
Bununla belə, bu izah sənaye müşahidəçiləri arasında bəzi suallar da yaradıb. Çünki texnologiya sektorunda şirkətlər çox vaxt IPO-ya qədər son mərhələyə qədər investisiyalarını artırmağa davam edirlər. Ekspertlərin fikrincə, Nvidia üçün vəziyyət bir qədər fərqlidir. Şirkət həm OpenAI, həm də Anthropic kimi AI şirkətlərinin istifadə etdiyi yüksək performanslı çiplərin əsas təchizatçısıdır.
Bu səbəbdən Nvidia artıq bu şirkətlərlə əməkdaşlıqdan böyük gəlir əldə edir və əlavə investisiyalar etmədən də qazancını artırmağa davam edə bilir. Huang daha əvvəl də demişdi ki, Nvidia-nın investisiyaları əsasən maliyyə qazancı üçün deyil, şirkətin texnologiya ekosistemini genişləndirmək məqsədi daşıyır. Nvidia ötən ilin sentyabrında OpenAI-a 100 milyard dollara qədər investisiya edə biləcəyini açıqlamışdı. Lakin ötən həftə tamamlanan 110 milyard dollarlıq investisiya raundunda Nvidia yalnız 30 milyard dollar sərmayə qoydu. Huang artıq 100 milyard dollarlıq investisiyanın “çox da real görünmədiyini” etiraf edib.
Paylaş