Logo
    main-post-cover

    Nvidia DLSS, gələcəkdə generativ süni intellektdən istifadə edəcək!

    Süni İntellekt
    24.06.2024
    Farid

         Nvidia-nın DLSS texnologiyasının oyunlara təsiri getdikcə artacaq. Baş direktor Jensen Huang-ın sözlərinə görə, DLSS gələcəkdə sıfırdan oyundaxili teksturalar, personajlar və obyektlər yarada biləcək.

         Jensen Huang, bir sual-cavab tədbirində DLSS-in gələcək versiyalarının süni intellekt vasitəsilə sıfırdan tekstura və obyektlər yarada biləcəyini söyləyib. Huang, həmçinin AI NPC-lərin də tamamilə DLSS vasitəsilə yaradıla biləcəyini vurğulayıb. DLSS gələcəkdə GPU-ların yükünü daha da yüngülləşdirəcək, çünki o, oyunlarda sıfırdan personajlar və ya teksturalar yarada bilən süni intellekt tərəfindən dəstəklənəcək. Bu, həm səmərəlilikdə, həm də performansda əhəmiyyətli qazanclara səbəb ola bilər.
         Huang-ın qeyd etdiyi sıfırdan yaratma imkanları əslində o qədər də uzaq olmaya bilər. Şirkət hazırda video yaddaş tələblərini dəyişmədən tekstura keyfiyyətlərini yaxşılaşdırmaq üçün neyron şəbəkələrə əsaslanan tekstura sıxışdırma texnologiyası üzərində işləyir. Ənənəvi tekstura sıxışdırma metodologiyaları 8x sıxışdırma nisbəti ilə məhdudlaşsa da, Nvidia texnologiyasının 16x nisbətinə qədər sıxışdırma qabiliyyətinə malik olduğu bildirilir. Bu texnologiyanın, vizual keyfiyyətdə əhəmiyyətli yaxşılaşma təmin edəcəyi gözlənilir.
         Huang-ın növbəti nəsil DLSS üçün qeyd etdiyi ən vacib məqamlardan biri də oyundaxili asset-lərin yaradıla bilməsidir. Hazırda DLSS, süni şəkildə kadrlar yaradıb, real kadrlar arasına daxil edə bilir. Sıfırdan asset-lərin yaradılması DLSS-in növbəti böyük addımı ola bilər. Huang, DLSS-in oyundaxili asset-lər yarada bilməklə yanaşı, həmçinin NPC-lər də yarada biləcəyini söyləyir. Onu da qeyd edək ki, Nvidia ACE proqramı çərçivəsində AI NPC-lər üzərində işləyir. Bu NPC-lər, oyunçularla unikal söhbətlər qura və söhbətə uyğun cavab verə bilər.
    Paylaş
    Bənzər xəbərlər
    hakerler-ve-deleduzlar-suni-zekadan-daha-aktiv-sekilde-istifade-etmeye-baslayiblar
    Təhlükəsizlik

    Hakerlər və dələduzlar süni zəkadan daha aktiv şəkildə istifadə etməyə başlayıblar

    Aparılmış yeni tədqiqata əsasən hakerlər və dələduzlar kibercinayətlərin yerinə yetirilməsi və təhlükəsizlik sistemlərindən yan keçmək məsələlərində süni zəka texnologiyalarından daha çox istifadə etməyə başlayıblar.
    gpt-5-felsefe-doktoru-seviyyesinde-zekaya-sahib-olacaq
    Süni İntellekt

    GPT-5, fəlsəfə doktoru səviyyəsində zəkaya sahib olacaq!

    OpenAI, ChatGPT-nin növbəti əsas təkamülü olan GPT-5 üzərində işləyir və bu yeni modelin intellekti, PhD (fəlsəfə doktoru) səviyyəsinə çatacaq. OpenAI-nin Baş Texnologiya Direktoru Mira Murati, Dartmouth Engineering-ə verdiyi müsahibədə GPT-5-in imkanları haqqında mühüm açıqlamalar verib.
    openai-sirketinin-hemtesiscisi-oz-suni-zeka-sirketini-tesis-edib
    Süni İntellekt

    OpenAI şirkətinin həmtəsisçisi öz süni zəka şirkətini təsis edib

    OpenAI şirkətinin həmtəsisçilərindən və keçmiş baş elmi məsləhətçilərindən biri olan Ilya Sutskever öz süni zəka startapını təsis etdiyini elan edib.
    gpt-4-esasli-cat-bot-turing-testinden-kecib
    Süni İntellekt

    GPT-4 əsaslı çat-bot Turing testindən keçib

    Günümüzdə neyron şəbəkələri o dərəcədə təkmilləşdirilib ki, adi ünsiyyət çərçivəsində onları real insanlardan fərqləndirmək qəliz məsələyə çevrilir.
    suni-intellekt-texnologiyasi-euro-2024-u-simulyasiya-edib
    Süni İntellekt

    Süni intellekt texnologiyası, EURO 2024-ü simulyasiya edib!

    İdman texnologiyaları şirkəti Sportradar tərəfindən idarə olunan bir sıra süni intellektlə işləyən məlumat simulyasiyalarına görə, İngiltərə 14 iyulda UEFA Euro 2024-də qalib gəlmə ehtimalı yüksək olan komandadır.