Logo
    main-post-cover

    Nvidia, Microsoft və Oracle fonunda OpenAI-ın riskli gələcəyi

        Technote.az “Gizmodo” platformasına istinadən bildirir ki, süni intellekt sənayesinin ən tanınmış simalarından biri olan Sam Altman hazırda karyerasının ən maraqlı dövrlərindən birini yaşayır. Uzun müddət istədiyini əldə etməyə öyrəşmiş Altman üçün bu dəfə vəziyyət bir qədər fərqlidir. Belə ki,cböyük texnoloji tərəfdaşlar ilk dəfə açıq şəkildə suallar verməyə başlayıb.
        Hər şey Reuters-in OpenAI-ın Nvidia çiplərindən narazı qalması ilə bağlı dərc etdiyi xəbərdən sonra başladı. Ardınca Nvidia rəhbəri Jensen Huang OpenAI-a yatırımlar mövzusunda tərəddüdlü açıqlamalar verdi. Altman isə X hesabında “Bu qədər dəlilik haradan çıxır, anlamıram” deyə reaksiya göstərdi. Bu gərginlik fonunda Forbes jurnalı Sam Altman haqqında geniş profil yazısı dərc edib. Yazıda Altman-ın illərdir insanları inandırmaq və istədiyini reallaşdırmaq bacarığı ön plana çıxarılır. Onun mentoru, Y Combinator-un qurucusu Paul Graham bunu açıq ifadə edir: “Sam istədiyini əldə edir.”
    OpenAI's Sam Altman warns of AI bubble | Mashable
        Altman-ın ən böyük uğurlarından biri 2022-ci ildə OpenAI-ın ChatGPT-ni tələsik də olsa ictimaiyyətə təqdim etməsi oldu. Bu addım süni intellekti kütləviləşdirdi və OpenAI-ı yüz milyardlarla dollar investisiya cəlb edən nəhəngə çevirdi. Microsoft, Nvidia və Oracle kimi şirkətlər OpenAI-a böyük məbləğlər yatırdı. Ancaq indi çatlar görünməyə başlayır. Microsoft-un baş direktoru Satya Nadella Altman-ın “AGI-yə çox yaxınıq” fikri ilə razılaşmır və bunun sadəcə bəyanatla mümkün olmadığını bildirir. Microsoft ötən il OpenAI yatırımlarına görə 3,1 milyard dollar zərər açıqlayıb. Oracle isə OpenAI-dan real gəlir əldə edə bilmədiyi üçün təzyiq altındadır.
        Maliyyə baxımından da risklər artır. OpenAI-ın 2027-ci ilə qədər vəsaitinin tükənə biləcəyi, şirkətin isə ən azı 5 il sonra mənfəətə keçəcəyi iddia olunur. Buna baxmayaraq, Altman yeni investisiyalar üçün Amazon və Nvidia kimi şirkətlərin qapısını döyməyə davam edir.
    Paylaş