Logo
    main-post-cover

    NVIDIA OpenAI-a tarixinin ən böyük investisiyalarından birini planlaşdırır

        NVIDIA şirkətinin baş direktoru Jensen Huang bildirib ki, şirkət OpenAI-ın yeni maliyyələşdirmə raunduna “çox böyük məbləğdə” investisiya etməyi planlaşdırır. Bu barədə Bloomberg məlumat yayıb. Məlumata görə, Huang jurnalistlərə açıqlamasında bu investisiyanın NVIDIA tarixindəki ən böyük investisiyalardan biri ola biləcəyini deyib. Bu açıqlama The Wall Street Journal-ın cümə günü dərc etdiyi və NVIDIA ilə OpenAI arasında planlaşdırılan 100 milyard dollarlıq razılaşmanın ilkin mərhələdən irəli getmədiyini iddia edən xəbərin ardından gəlib.
    Nvidia CEO: One of my most 'profound learnings' came from a gardener
        Xatırladaq ki, NVIDIA və OpenAI ötən ilin sentyabrında birgə açıqlama verərək, NVIDIA-nın OpenAI-a 10 giqavat gücündə süni intellekt data mərkəzlərinin qurulması üçün 100 milyard dollara qədər investisiya edə biləcəyini bildirmişdi. Layihənin ilk mərhələsinin 2026-cı ilin ikinci yarısında istifadəyə verilməsi planlaşdırılırdı.
        WSJ-nin mənbələrə istinadən yazdığına görə, Jensen Huang bu razılaşmanın hüquqi baxımdan məcburi olmadığını və OpenAI-ın biznes yanaşmasını kifayət qədər intizamlı hesab etmədiyini özəl müzakirələrdə dilə gətirib. Lakin Bloomberg-ə danışan Huang bu iddiaları tamamilə əsassız adlandırıb.
    Paylaş