Logo
    main-post-cover

    NVIDIA OpenAI-ın nəhəng data mərkəzi layihəsinin əsas zəmanətçisi ola bilər

        NVIDIA şirkətinin OpenAI-ın ABŞ-də həyata keçirməyi planlaşdırdığı nəhəng data mərkəzi layihəsi üçün təxminən 250 milyard dollarlıq maliyyələşdirməyə zəmanət verməsi ilə bağlı danışıqlar apardığı bildirilir. Bu barədə The Wall Street Journal məlumat yayıb. Hələlik nə NVIDIA, nə də OpenAI xəbəri rəsmi şəkildə təsdiqləyib.
    Nvidia in talks to backstop $250bn of OpenAI’s data-centre financing
        Məlumata görə, söhbət NVIDIA-nın OpenAI-a birbaşa pul ayırmasından getmir. Şirkət yalnız layihənin maliyyələşdirilməsi üzrə götürüləcək borclara zəmanətçi kimi çıxış edə bilər. Yəni OpenAI öhdəliklərini yerinə yetirə bilməzsə, kreditorların qarşısında məsuliyyəti NVIDIA öz üzərinə götürəcək. Məhz bu zəmanət OpenAI-a investisiya reytinqi olmadan belə yüz milyardlarla dollar kredit cəlb etməyə imkan yarada bilər. Maliyyələşdirmə ABŞ-nin Ohayo ştatının cənubunda inşa ediləcək 10 giqavat gücündə nəhəng data mərkəzi kampusu üçün nəzərdə tutulub. Layihə SoftBank-ın enerji bölməsi tərəfindən inkişaf etdirilir və gələcəkdə OpenAI tərəfindən icarəyə götürüləcək.
     
    Paylaş