Logo
    main-post-cover

    Nvidia, süni intellekt üçün Netflix və YouTube videolarından icazəsiz istifadə edirmiş!

    Süni İntellekt
    07.08.2024
    Aslan

         Süni intellekt şirkətlərinin təlim məlumatları kimi istifadə etdiyi məzmun və platformalar mübahisələrə səbəb olur. İndi isə Nvidia-nın süni intellekt üçün Netflix və YouTube videolarından istifadə etdiyi bildirilir.

         Məlumatlara görə, Nvidia, kommersiya xarakterli süni intellekt layihələri hazırlamaq üçün işçilərindən YouTube, Netflix və digər platformalardan video yükləmələrini istəyir. Bildirilir ki, şirkət, Omniverse 3D kimi xidmətlərini inkişaf etdirmək üçün platformalardan çıxarılan videolardan istifadə edir. Digər tərəfdən Nvidia, etdiklərinin müəllif hüquqları qanununun hərfinə və ruhuna tam uyğun olduğunu vurğulayır.
         YouTube isə şirkətlərin bu münasibətindən məmnun deyil. CEO Neal Mohan, şirkətlərin süni intellekt modellərini öyrətmək üçün YouTube videolarından istifadə etməyin platformanın qaydalarına açıq şəkildə zidd olduğunu söyləmişdi. Şirkətin sözçüləri də bu açıqlamaya diqqət çəkməkdə davam edirlər. Bu arada, Nvidia-nın təkcə YouTube və Netflix videolarından deyil, həmçinin MovieNet film treyler bazasından, video oyun görüntülərinin daxili kitabxanalarından, Github video verilənlər bazası WebVid və InternVid-10M-dən də icazəsiz istifadə etdiyi bildirilir. Bu verilənlər bazasında on milyonlarla məzmun var.
         Nvidia-nın süni intellekt xidmətlərini öyrətdiyi iddia edilən bəzi məlumatların yalnız akademik, yəni kommersiya istifadəsi üçün uyğun olmayan klasterlər olduğunu da qeyd etməliyik. Bundan əlavə, şirkətin YouTube tərəfindən aşkarlanmamaq üçün IP ünvanlarını dəyişən virtual maşınlardan istifadə edərək məzmunları endirdiyi də deyilir.
    Paylaş