
Nyu-York metropoliteni biletsiz səyahət edənləri süni zəka vasitəsilə müşahidə edir
Süni İntellekt
25.07.2023
Emil
Nyu-York Nəqliyyat Departamenti (MTA) bəzi metropoliten stansiyalarında biletsiz səyahət etmə hallarının müşahidəsi üçün süni zəkadan istifadə etməyə başlayıb. MTA-nın hesabatına əsasən bu ilin may ayında şəhərin 7 metropoliten stansiyasında biletsiz səyahət hallarının müşahidəsində süni zəkadan istifadə edilib. Vəzifəli şəxslər süni zəka tərəfindən əldə edilmiş məlumatları statistik göstəricilərdə istifadə edirlər. Beləliklə statistikaya əsasən NyuYork metropolitenində biletsiz səyahət edənlərin 50%-i ehtiyat çıxışdan istifadə edir.
Biletsiz səyahət edənlərin 20%-i turniket üzərindən keçir, 16%-i stansiyaya giriş üçün olan maneənin arasından keçir, 12%-i isə turniketin altından keçir. Hesabatda qeyd edilib ki, biletsiz səyahət halları daha çox axşam saatlarında, daha az isə səhər saatlarında müşahidə edilir. Bütün bu məlumatlar süni zəka alqoritmi vasitəsilə çalışan kameralar vasitəsilə əldə edilib. MTA-nın hesablamasına əsasən təkcə keçən il biletsiz səyahət nəticəsində ümumilikdə 690 milyon dollar vəsait itirilib.
Paylaş
Bənzər xəbərlər