Logo
    main-post-cover

    Nyu-Yorkun təhsil departamenti məktəblərdə ChatGPT-dən istifadəni qadağan edib

    Süni İntellekt
    05.01.2023
    Emil
        Nyu-York-un təhsil departamenti məktəblərdə süni zəka əsaslı ChatGPT çat-botunun istifadəsini qadağan edib. Bu məhdudlaşdırıcı tədbir məktəb kompüterlərini və Wi-Fi şəbəkələrini əhatə edəcək. Verilmiş məlumata əsasən təhsil departamentinin fikrincə sözügedən çat-bot təhsil alanların bacarıqlarına mənfi təsir göstərir. Süni zəka əsaslı çat-botun təhsil müəssisələrində qadağan edilməsinin əsas səbəbi isə onun real və inandırıcı mətnlər generasiya etmə bacarığıdır. “Bu texnologiya sadə suallara sürətli və doğru cavablar verə bilər. Lakin o, tənqidi təfəkkür və problemlərin həlli bacarıqlarını inkişaf etdirmir. Bu bacarıqlar isə təhsildə və həyatda uğur qazanmaq üçün vacib olan faktorlardan biridir” - deyə təhsil departamentinin təhsil üzrə şöbəsinin təmsilçisi Jenna Lyle qeyd edib.
        Sözügedən məhdudlaşdırıcı tədbirə baxmayaraq ayrı-ayrı məktəblər süni zəka əsaslı texnologiyaların tədqiq olunması məsələsində ChatGPT-dan istifadə sorğusunu göndərə bilərlər. Qeyd etmək lazımdır ki, ChatGPT çat-botu OpenAI təşkilatı tərəfindən yaradılıb. Onun ilk ictimai testlərinə noyabr ayında start verilmişdi. Testlərə start verildiyi vaxtdan sözügedən çat-bot insanların diqqətlərini özünə cəb edib. Məsələ burasındadır ki, ChatGPT istifadəçi tərəfindən mətn formatında daxil edilən qısa təsvir əsasında demək olar hər şeyi generasiya edir. Çat-bot hətta proqram təminatı kodlarının generasiya edilməsinə də qadirdir. Süni zəka əsaslı bu çat-botun belə bacarıqlara sahib olmasına baxmayaraq o, zaman-zaman ilk baxışdan inandırıcı səslənən yanlış faktları təqdim edir.
    Paylaş
    Bənzər xəbərlər